Bədən Yağlarını (Yağ Faizini) Azaltmaq İstəyənlər Üçün 13 Qızıl Qayda

Bədən Yağlarını Azaltmaq İstəyənlər Üçün 13 Qızıl Qayda

Bədən yağ faizini azaltmaq asant olmadığını hamımız bilirik. Əsas da qidalanma və tətbiq etdiyimiz idmanlarda əsaslı dəyişiklik etməyimiz lazım gələrsə. Yəni yağ faizinin azaltmaq üçün müəyyən bir əməy sərf etməliyik. Bütün həyat şəraitimizi dəyişdirmək gözümüzü qorxuda bilər , ancaq yağ faizini azaltmaq üçün tətbiq edə biləcəyimiz, daha praktik həllər olduğunuda bilməlisiniz. Unutmayın : tətbiq edəcəyiniz bu dəyişikliklər bir gecədə sizə əla nəticələr qazandirmayacaq. Bu prosedur tədricən olacaq ki, sizdə bunu vaxt keçdikcə çox rahat hiss etməyə başlayacaqsınız. Həmçinin, bu edəcəkləriniz gündəlik yaşam fəaliyyətinizdə sizin daha yaxşı hiss etməyinizə çox böyük köməyi olacaqdır.

Yağ faizini azaltmaq üçün nələr edə bilərsiniz?

Bədənimizdəki yağ faizini azaltmaq üçün aşağıdakı tədbirləri tətbiq etməyinizi şiddətlə tövsiyyə edirik.

1. Yeməkdən əvvəl su için.

Araşdırmalar esas yeməkdən əvvəl 1 veya 2 stəkan su içmənin yağ faizini azaltmasına kömək edə biləcəyini ortaya qoymuşdur. Araşdırmada 12 həftə ərzində yeməkdən əvvəl 2 stəkan su içən nümayəndələrin, su içməyənlərlə müqayisədə daha çox kilo itirdiklərini ortaya qoymaqdadır. Araşdırmalar həmçinin , yeməkdən əvvəl su içmənin sizi daha tox hiss etdirdiyini və çox yemək yeməyin qarşısını aldığını göstərir. Başqa bir araşdırma isə , yeməkdən yarım saat əvvəl su içmənin kilo azalmasını 3 ayda 44% artırdığını göstərməkdədir.

2. Kiçik boşqablarda yemək yeyin.

Boşqab ölçüsünün nə qədər yemək yeyəcəyiniz mövzusunda son dərəcə təsirli olduqunu göstərməsinə dair sübutlar mövcuddur. Ən əsası boşqab ölçünüzün azalması demək artıq kalori almaqınızın qarşınısının alınması deməkdir .

3.Daha çox tərəvəz yeyin.

Yağ yandırmanın və arıqlamanın ən təsirli yolu nədir deyə soruşsaq hamı tərəvəz yemənin olduqunu rahatlıqla deyər. Bəs tərəvəz yemək niyə bu qədər əhəmiyyətlidir? Çünki , tərəvəzlərin çox az miqdarda kaloriyə , bol lif mənbəyinə malik olması gün boyu sizin , daha tox və daha gümrah olmaqiniza kömək edir. Həmişə lif mənbəyi yüksək olan yaşıllıqlara qidalanmaqa çalışın .

4.Yediklərinizi qeyd edin.

Yağ dərəcənizi azaltmaq istəyirsinizsə yediyiniz , içdiyiniz hər şeyi qeyd edin. Bu formada davranmaq həm sizi fast food yeməklərdən uzaq dayanmanıza, həmçinin artıq yemək yeməyinizin qarşısını almaqdadır. Bunu etmək ilk başda sizə çox qəribə gələcək və ya çox qida qəbul etdiyiniz üçün yazmaqdan uzaq dayanacaqsınız. Ancaq, bunu etməyin, hər nə olursa olsun qeyd edin hər şey gözünüzün qarşısında olduqda qərar qəbul edib onu tətbiq etmək çox daha asan olacaqdır.

5.Yeməklərinizə ədviyyat qatın.

Qırmızı bibər kapsaisine malik olduğundan metabolizminizi sürətləndirə bilər. Kapsaisin maddəsi qırmızı bibər yedikdən sonra ortaya çıxar və yanma hissinin əsas səbəbkarıdır. Bu maddə üstündə çoxlu araşdırmalar aparılmış və bədən temperaturunu artırmasıyla , metobilzmi sürətləndirərək yağ yandırmağa səbəb olduqu ortaya çıxmışdır .

Son araşdırmada yeməklərinə yarım çay qaşığı qırmızı bibər əlavə edilən nümayəndələrin 4 saat ərzində əlavə olaraq 10 kalori yandirmalarina səbəb olduqu ortaya çıxmışdır.

6. Bir stəkan limonlu su için

Səhərləri bir stəkan isti limonlu su içmək həzm sisteminizi sürətləndirər. Bəzi mütəxəssislərə görə sizə təbii olaraq bir enerji dəstəyidə verə bilər. Limonlu su C vitamini ilə zəngindir. Araşdırmalar qeyri-kafi C vitamini almanın kilo və yağ normasının azalmasına mane ola biləcəyini iddia etməkdədir. (Daha ətraflı)

7. Bir kasa şorba için

Şorba soyuqdəymə və grip semptonlarının aşağı salınmasından çoxunu edə bilir. Şorbalar həm çox az kalori miqdarına malik olması həmçinin, çox hissəsinin sudan ibarət olması nəticəsində mədədə toxluq hissini verə bilməkdədir. Şorba içmək həm az kalori almağınıza həm də, mədənizin quru qida əvəzinə sulu qida alması nəticəsində rahatlamasina səbəb olacaqdır.

8. Yavaş yeyin

Yavaş yemək yemənin, araşdırmalarda doyğunluq hissini artırdığını və sizi daha çox yemək yeməməyə qarşı qoruduğu ortaya çıxmışdır. Sürətli yemək yeyənlər vaxt keçdikcə daha çox kilo almağa meyillidirlər. Yavaş yemək daha çox toxluq hiss təmin edər və kilo alımını azaldan hormonların artmasına kömək edər. Yavaş yediyinizdə mədəniz beyninizə mən doluyam artıq mesajı göndərir və siz toxluq hissini çox rahat hiss edirsiniz.

Çox vaxt yemək yediyiniz vaxt televizora və ya nəyəsə baxmamaqiniz tövsiyyə olunur. Ancaq sizə istifadə etdiyim bir formuldan bəhs edəcəyəm. Həmişə yemək yeyərkən qarşıma 20-25 dəqiqə uzunluğunda bir videoya baxıram və yeməyimi o video bitənə qədər uzadiram. Beləliklə ən axırda toxluq hissini çox rahat yaşaya bilirəm. Mütləq bunu sizdə sınayın .

9.Əşyalarını uzaq məsafədə saxlayın

Ən çox istifadə etdiyiniz əşyalarınızı uzaq məsafə qoymaqınız sizi həmişə onlara çatmaq üçün müəyyən hərəkət etməyə məcbur edəcəkdir. Bunu evdə edəcəyiniz idman kimi bir hobbi kimi görün. Həmişə o əşyaya ehtiyacınız olduqda hərəkətə keçmək məcburiyyətində olduqunuzu hiss edin.

10. Çörəkdən uzaq dayanın

Bəlkədə həyatımızda ən çox zərərini bildiyimiz ancaq, heç vaxt tərk edə bilmədiyimiz bir vərdişimiz kimidir çörək yemək. Çörək həmişə bizə həmişə bərəkət nur kimi öyrədilmiş olsada bu onun 2 diliminin 150 kalori olduqu reallığını dəyişdirmir . Çörək yerinə süfrədə tərəvəzlərə üstünlük versəniz qısa müddətdə çörək vərdişindən qurtula bilərsiniz. Ayrıca tərəvəzlər lif mənbəyi olduqu üçün sizi daha gümrah hiss etdirəcək və medenizde rahatlıq yaradacaqdır. Sizə çörəyi tərgitmə təcrübəmdən qısaca bəhs edim. Çörəyi tergitdiyim ilk ayı yeri gəlsə ilk həftəsi sanki mədəmdə bir yüklə gezirmisemde ne olduqunu bilmirmisem ancaq , artıq o yük yoxdur və bədənim çox daha rahatdır. Sizde sınayın çörəyi tərəvəzlə dəyişin. (Intermittent Fasting (Aralıqlı Oruc Dieti) məqaləmizi oxumanızda fayda vardır.

11.Bədəninizə tam oturan geyimlər geyinin

Bədəninizə tam oturan paltarlar geyindiyiniz də, bu sizi ilk başda çox narahat edəcək. Elə bu narahat etme hissi sizi hərəkətə keçməyinizə kömək edəcəkdir. Vaxt keçdikcə o geyimdə özünüzü yaxşı görmək üçün çox çalışacaqsınız.

12.Səhərləri idman edin.

Yağ faizini aşağı salmaq üçün idman mütləqdir. Sizə tövsiyyəm səhərləri idman etməyiniz, yürüyüşə çıxmaqınızdan yanadır. Bunu mütləq vərdiş halına gətirin. Inanın artıq hər səhər yuxudan durmaq bir işgəncə olmaqdan çıxacaqdır.

13.Yaxşı bakteriya sayını artırın.

Probiyobiklər bəzi qidalarda və müxtəlif əlavələrdə olan bakteriyalardır. Bağırsaqlara və digər organlara çox böyük müsbət təsiri olmaqdadır. Gündəlik olaraq “yaxşı bakteriyalar” olaraq bilinən probiyobiklərin qəbulu, kilo vermə mövzusunda sizə köməyi ola bilər. Probiyobiklərə malik təbii məhsullara qatığı, qaymaqı və.s misal olaraq göstərə bilərik.

Mənbələr

Digər Yazılar

Kalori Nədir? Gündəlik Kalori Ehtiyacı Necə Hesablanır?

Reaksiyanız ? +1 14 +1 1 +1 7 +1 3 +1 2 +1 5 +1

Lif Nədir? Lifli Qidalar Nələrdir? Lif Haqqında Hər Şey

Reaksiyanız ? +1 17 +1 0 +1 8 +1 1 +1 1 +1 0 +1

1 Ədəd Rəy

Saç Tökülməsinin Qarşısını Almaq Üçün 4 Effektiv Yol

Reaksiyanız ? +1 0 +1 0 +1 0 +1 0 +1 1 +1 2 +1

Məşqdən Sonra Edilən 5 Əsas Xəta

Reaksiyanız ? +1 1 +1 1 +1 0 +1 0 +1 0 +1 0 +1

Müqavimət Bantları ilə (Juqutla) Ümumi Bədən Gərmə (Dartma) Rutini

Reaksiyanız ? +1 1 +1 0 +1 2 +1 0 +1 0 +1 0 +1

Əzələ Kütləsini Artırmağa Kömək Edəcək Səkkiz Elmi Yol

Reaksiyanız ? +1 1 +1 0 +1 0 +1 0 +1 0 +1 0 +1

Elliptik Velosipedlə Dözümlülüyüzü Artırın!

Reaksiyanız ? +1 0 +1 0 +1 0 +1 0 +1 0 +1 0 +1

Daha Çox Hərəkət Etməyinizə Kömək Edəcək 5 Qızıl Məsləhət

Reaksiyanız ? +1 1 +1 0 +1 0 +1 0 +1 0 +1 0 +1

Skeyt Sürməyə Yeni Başlayanlar Üçün 4 Tövsiyyə

Reaksiyanız ? +1 0 +1 0 +1 0 +1 0 +1 0 +1 0 +1

Evdə Öz İdman Zalını Qurmaq Üçün Nələr Lazımdır?

Reaksiyanız ? +1 0 +1 1 +1 2 +1 0 +1 0 +1 0 +1

Reaksiyanız ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir