Formalı Ayaqlara Sahib Olmaq Üçün Hər Gün Bunları Edin! Ayaq Məşqləri

Güclü ayaqlar gəzməyə, tullanmağa və tarazlığa kömək edir. Bədəninizi dəstəkləyir və gündəlik işlərdən zövq almağa başlayırsınız. Yerimək artıq bir əziyyət yox bir əyləncəyə çevrilir. Ayaqlarınızı tonlandırmaq (formalaşdırmaq) istəyirsinizsə, bu ayaq məşqlərini etməli, məsləhətləri yerinə yetirməlisiniz.

| Ayaqları Formalaşdırmaq Üçün 10 Hərəkət

Qeyd: Hərəkətləri etməyə başlamazdan əvvəl sizə tələsməməyinizi və hər bir hərəkəti templi formada etməyinizi tövsiyyə edirəm. Tələsmək heç vaxt faydalı olmayacaqdır.

Həmçinin yanınızda bir dəsmal olması faydalı olacaqdır çünki ayaq məşqləri bədəni ən tez isindirən və tərlədən məşqlərdir.

Gündəlik Faydalı Məlumat Əldə Etmək Üçün


    | 1. Squat

    Squats Exercise GIFs | Tenor

    Squat (çömbəlmə), ayaqları tonlandırmaq üçün ən yaxşı məşqlərdən biridir. Həm də omba, baldır və qarın bölgəsi pressləri üçün əla hərəkətdir.

    Bel probleminiz (ağrıyırsa) varsa, squats idealdır. Çömbəlib ayağa qalxdıqda bel nahiyyəsinin gücləndiyini görəcəksiniz.

    Balans və ya əlavə dəstək üçün, divarın yanında və ya kürsünün yanında və ya masanın kənarında bir əlinizi cisim üzərində dayanaraq oturun. Onu çəkmək və ya itələmək istəyinə müqavimət göstərin.

    | 2. Lunges

    Lunges GIF | Gfycat

    Ombaları, budu və qarın əzələlərini işlədir. Bu hərəkət eyni zamanda hər iki ayağından da istifadə edir və bu da güclü ayaqlar üçün əla bir məşq halına gətirir.

    | 3. Plank leg lifts

    Plank With Leg Lift

    Daimi plank hərəkətində olduğu kimi yuxarı bədəni, bel nahiyyəsini və ombanı hədəf alır. Baldırınızı və ayaqınızın yuxarı hissəsini gücləndirmək üçün bu hərəkəti evdə rahatlıqla edə bilərsiniz.

    | 4. Single-leg deadlifts

    Single-Arm Single-Leg Kettlebell Straight-Leg Deadlift

    Tək ayaqlı qaldırma, baldırınızı, ombanızı və ayaqların yuxarı hissəsini formalaşdırmağa kömək edir.. Balans üçün əllərinizi divara və ya kresloya qoya bilərsiniz.

    Çətinliyi artırmaq üçün əlinizə bir çəki götürə bilərsiniz. Ən birinci olaraq heç bir ağırlıq olmadan hərəkəti edin.

    | 5. Killer Quads

    How to Do the Surrender Exercise for Killer Quads | Openfit

    Bu hərəkət orta səviyyə bir hərəkətdir. Bu hərəkətin üstün tərəfi həm ayaqları həm də bədənin üst hissəsini formalaşdırmaq üçün yararlıdır.

    Hərəkəti edərkən bir dəsmal istifadə etməyinizdə fayda vardır. Çünki bu hərəkət çox tərlədici hərəkətdir.

    | 6. Step-ups

    Image result for Step- Ups exercise gif | Leg workout, Step up workout,  Best leg workout

    Step Ups tək ayaqlı çömbəlmə kimidir. Təkrarlanan hərəkət bud, baldır və ombanıza təsir edəcək.

    Diz boyu plyometrik bir qutuya və ya qaldırılmış bir platformaya ehtiyacınız olacaq. Dizdəki stressi məhdudlaşdırmaq üçün həmişə qutunun ortasına addım atın.

    | 7. Box jumps

    5 Plyo Moves for When You're Sick of Cardio | Easy workouts, Box jumps, Box  jump workout

    Bir plyometrik (dördbucaqlı) qutuda qutu sıçrayışları da edə bilərsiniz. Bu effektiv məşq, ayaqlarınızı, ombanızı və nüvənizi tonlandırmağın ən yaxşı yollarından biridir.

    Hərəkəti edərkən dizlərinizi və baldırınızı kilidləməyin. Bu, dizlərinizə zərər verə bilər.

    | 8. Speedskater jumps

    How to Do Side Skaters | GIF | POPSUGAR Fitness

    Sürət atlayışı və ya yanal atlamalar, ombalarınızı formalaşdırır. Bu yüksək intensiv hərəkəti həm də elastikliyi artırır.

    Kiçik atlamalarla başlayın. Zamanla daha böyük sıçrayışlar edə bilərsiniz.

    | 9. Resistance band leg presses

    Strength Training at Home: Workouts With and Without Equipment | Strength  training routine, Strength training workouts, Pilates band

    Ayaq formalaşdırmağı dözümlülüyü artıran bu hərəkəti etmək üçün bir müqavimət bandına ehtiyacınız varıdr. Bu məşq bud, baldır, press və daha çox əzələni hədəf alır.

    Əgər bir müqavimət bandınız yoxdursa saytımızdan həmin məhsulu əldə edə bilərsiniz

    -9%
    29.00 
    22.00 
    -16%
    16.00 
    +
    Məhsul Bitmişdir

    | 10. Bridge

    Best Glute Bridge Exercise GIFs | Gfycat

    Körpü (bridge) bel, omba, bud və baldırı tonlandırır (formalaşdırır). Bunu çətinləşdirmək üçün ayaqınıza bir müqavimət  bandı keçirə bilərsiniz.

    Sizin əlavə etmək istədiyiniz bir şey varmı və yaxud əlavə bir sualınız varsa şərh bölməsində bunu bildirməyi unutmayın. Həmçinin yazıya reaksiya verməyinizdə çox vacibdir.

    İdman avadanlıqları və daha çoxu üçün saytımızda yerləşdirilən məhsullara baxa bilərsiniz.

     

    Maraqlı Ola Bİlər

    Formaya Düş Sağlam Yaşamaq

    Niyə İdman Etməliyik və Niyə Etmirik
    Reaksiyanız ?
    +1
    0
    +1
    0
    +1
    0
    +1
    0
    +1
    0
    +1
    0
    +1
    1

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir