Müqavimət Bandı ilə (Juqutla) Ümumi Bədən Məşqi

Bu məşqlər, müqavimət dəstindən istifadə edərək sınaya biləcəyiniz hərəkət nümunələridir, daha ağır güc üçün iki müqavimət bandından (juqutdan) istifadə edə bilərsiniz. Məşqə başlamazdan əvvəl bandınızda hər hansısa bir zədə və cırılmanın olmadığına diqqət yetirin.

| Təlimatlar və Göstərişlər:

  • Ümumi bədən məşqləri üçün bütün məşqləri edin və ya rutini yuxarı və ya aşağıya bölün

  • Yeni başlayanlar, daha çətin hərəkətləri keçərən hər məşqdə bir dəfə 10-15 təkrar edə bilər.

  • Orta/Qabaqcıl səviyyədə olanlar, hər məşqdə 10-15 təkrardan ibarət 1-3 dəsti yerinə yetirə bilər.

  • Daha böyük əzələ qrupları üçün (sinə və bel kimi) bantlarda daha çox gərginlik yarada bilər.

  • Bantlar üzərində daha çox gərginliyə ehtiyacınız varsa, ehtiyac duyduğunuz gərginliyə sahib olana qədər onları əllərinizə də bağlaya bilərsiniz və yaxud bir başqa bant əlavə edə bilərsiniz.

  • Məşqdən əvvəl kardio ilə isinmə hərəkətləri edin.

  • Daha əvvəl heç vaxt idman etməmisinizsə və ya heç bir tibbi vəziyyətiniz və ya zədəniz yoxdursa həkiminizlə məsləhətləşin.

| Chest Press

Resistance Band Standing Chest Press GIF | Gfycat

Bandı qapı tutacağından və ya həmin hündürlükdə olacaq bir yerdən asın. Sonra isə bədəninizi bandın əksinə doğru çevirin . Bandı irəli doğru çəkin və geri gətirin. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| Seated Row

Seated Row With Resistance Bands - BiqBandTraning

Yerdə oturun və bandı ayağınızın ortasından keçirib əlinizə götürün. Sonra belinizi tərpənməyəcək formada bandı özünüzə doğru çəkin və geri qaytarın. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| High Row

Exercise bands GIFs - Get the best gif on GIFER

Yerdə oturun və bandı ayağınızın ortasından keçirib əlinizə götürün. Sonra belinizi tərpənməyəcək formada bandı yuxarı doğru çəkin və geri qaytarın. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| Reverse Fly

Reverse Fly With Resistance Bands - BiqBandTraning

Ayaq üstə durun və bandı əlinizə götürün. Bandı qollarınız boyu dartmağa başlayın. Maksimum həddə çatdıqda dayanın və geriyə qayatraın. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| Overhead Press

Shoulder Press With Resistance Bands - BiqBandTraning

Bandı (juqutu) yerə qoyun üstünə çıxın. Bandı əlinizə götürün. Sonra bandı sinə hündürlüyündə tutun və yuxarıya doğru çəkin və yenidən sinə hündürlüyünə endirin. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| Front Raise

Incline Chest Press With Resistance Bands - BiqBandTraning

Müqavimət bandını (jqutu) qapı qulpundan keçirin. Bandı əlinizə götürün və bandın əksinə doğru bədəninizi çevirin. Bandı yuxarıya baxacaq formada çəkməyə başlayın. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| Tricep Extension

Triceps Pushdown With Resistance Bands - BiqBandTraning

Bandı hündür bir yerdən asın və əlinizə götürün. Belinizi azca irəli doöru tərpənməyəcək bir formaya gətirin. Bandı qollarınızdan aşağıya doöru bədəninizi tərpətməyəcək formada çəkin. Bunu sonra 20 dəfə olacaq şəkildə təkrarlayın.

| Bicep Curls

Bicep Curls With Resistance Bands ? The Right Way - BiqBandTraning

Bandın üstünə çıxın və uclarınız əlinizə götürün. Bir çubuq götürün və bandın içindən keçirin (çubuqsuzda bu hərəkəti edə bilərsiniz) və bədəninizi tərpətmədən çubuğu özünüzə doğru çəkin. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| Squats

Squats With Resistance Bands - BiqBandTraning

Müqavimət bandının (juqutun) üstünə çıxın və əllərinizi bandın içinə əks formada keçirin. Band vasitəsilə çöməlin və yenidən ayağa qalxın. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

| Side Leg Lift

Leg Extensions With Resistance Bands - BiqBandTraning

Bir yerdə oturun. Bandı (juqutu) ayağınıza keçirin və bir ayağınızı bandın üstünə qoyun. Digər ayağılnıza bandı keçirin və yuxarı doğru çəkməyə başlayın. Digər ayaq üçün bunu təkrarlayın. Bunu sonra 10 dəfə olacaq şəkildə təkrarlayın.

Yeniliklərdən tez xəbərdar olmaq və bu tipli məzmunların daha çox gəlməsi üçün sadə bir toxunuşla InstagramTelegram kanalımıza abunə ola bilərsiniz

Maraqlı Ola Bilər

 
Reaksiyanız ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir