Diet programı və idman mövzusu sağlamlığınız üçün çox böyük əhəmiyyətə malikdir və heçvaxt şüursuzca tətbiq olunmamalıdır.
Bir çox insan, xüsusi bir gün ya da yay fəsli üçün, hər hansısa bir diet programı vəya idmana bel bağlayaraq arıqlama yoluna girər. Gözlənilən o xüsusi gün ya da yay ayları sona çatdığında isə verilən kilolar çoxlu formada geri qayıdar. Crash dieting deyilən bu təcili həll dietləri o vaxt üçün işimizə yaramış kimi görünsə də uzun müddətdə sizə verəcəyi zərər xeyrindən çox daha yüksək olur.
Kontrollu formada arıqlamaq əsas məsələdir
Bir insanın həyatı boyunca üstündə daşıdığı yağ faizi, həyatı boyu etdiyi diet təşəbbüsləriylə bərabər vəziyyətdədir. (Biraz qarmaşıq oldu elə deyilmi?)
Daha açıq bir formada demək lazımdırsa, bir insan nə qədər çox diet edib, təkrar kökəlirsə, o qədər çox yağ faizinə sahib olacaqdır. Çünki hər diet sonrası bədən, geri qayıdan kaloriləri təkrar ac buraxılacağı qorxusuyla, yağ olaraq saxlamaqa meyilli hala gəlir. Beləliklə buradakı əsas nöqtə, istədiyinizdə rahatca arıqlamaqınız deyil, ideal kilonuza çatıb bu kilonu qoruya bilmənizdir.
Diet edərkən ilk həftələrdə çox sürətli arıqlama müşahidə olunar. Bu bədəndəki artıqların atılmasından ibarət olub, verilən kiloların çoxu yağ bele deyildir. Siz də arıqlamaq üçün bu dietləri yoxlayıb, itirdiyiniz kiloya görə çox həvəslənərsiniz.
Sağlamlığınız üçün bədəninizin ehtiyaclarını azaltmaq bir xətadır.
Jurnallardan, kitablardan yada məlumatsız əllərdən əldə etdiyiniz dietlər, ümumi bir düşüncə nəticəsində toplanmış çox aşağı kaloriyə malik dietlərdir. Həmişə bu az kalorili dietləri həyatınızda saxlaya bilməzsiniz. Çünki bədəniniz vitamin və minerallara möhtacdır. Yəni bir diet qoz-fındıq, süt məhsullarını və bu kimi bizə lazımlı qidaları həyatınızdan çıxardın deməməlidir. Bunun xeyirdən çox ziyanı vardır.
Bədəniniz həyatınızdan çıxardığınız hər qida qrupu üçün həssas bir vəziyyət yaradır və təkrar qida olaraq daxil etdiyində həzm etməkdə çətinlik çəkir. Beləliklə həm fiziki həm ruhi sağlamlığınız üçün heç bir qida qrupu diet adına, yemə rejiminizdən çıxarılmamalıdır. Bu vəziyyət uzun müddətdə sizə çox böyük zərər vuracaqdır.
Sağlam arıqlamaq bir prosedurdur
Hər hansısa dietə başlayacağınız vaxt özünüzə bu sualı verin “2ay sonra da eyni formada qidalana biləcəyəmmi? 6ay sonra? 1 il sonra? Bəs 5 il sonra? Buradan çıxan nəticə: heçvaxt ömür boyu davam etdirə bilməyəcəyiniz bir yemə rejiminə keçməyin.
Bes ele bir diet vardırmı ömür boyu davam etdirək və həmişə bizi həm sağlam həmdə əla hiss edirsin. Bəli elə bir diet var və bu dietin adı intermittent fasting dietidir. (Daha ətraflı)
Tək etməli olduğunuz hərəkət Flexible Dieting adlanan rahat diet formasını həyatınıza salmaqdır. Bu dietin hərfi mənası çox məşhur bir sözdədə deyildiyi kimidir. “hər şeyi yeyə bilərsən ancaq qədərində olması şərtilə”
Ruhunuzu qidalandırmaqı unutmayın
Sağlamlığınız üçün düzgün qidalanmaq yaxşıdır ancaq, qidalandırmalı olduğunuz bir ruhunuzun olduğunuda unutmamalısınız. Yəni bunu bir vəsvəsə halına gətirməməyiniz lazımdır.
Qatılmağınız lazım olan ad günləri, mərasimlər və ürəyiniz istəyən şeyləri lazımsız yerə özünüzə stres mövzusu halına gətirməyin. Çünki digər yazılarımızdada dediyimiz kimi makro göstəriciləri (protein, yağ) və kalori miqdarı gündəlik alma dərəcənizə uyğundursa nə yediyinizin bir fərqi yoxdur. Ancaq makrolarınızın hamısını əlbətdə ki, bol yağlı qidalar və fast food məhsullarından almamalısınız. Həmçinin yaşıl tərəvəzləri yəni lifləri qəbul etməyə unutmayın.
Makrolarınızı, kalorilərinizi büdcəniz olaraq düşünün. Mikro qidaları (vitamin və minerallar) ala biləcəyiniz düzgün qidalar olaraq (esas xərc yeri kimi) digər ağır kalorili qidaları, fast foodları isə özünüzü əyləndirmək üçün alacağınız qısa aktivasiyalar olaraq düşünün. Büdcənizi həmişə sizə faydalı olacaq və fayda olaraq sizə qayıdacaq olan şeylərə xərcləyin.
Nəaliyyət Əldə Etmək
Diet edərkən belə istədiyi şeyləri yeyən insanlar, özlərinə qida məhdudiyyətləri gətirən insanlardan (90% daha çox) daha nəaliyyətli olduqları ortaya çıxmışdır. Həmçinin siz özünüz belə bunu ətrafınıza baxaraq çox yaxşı formada təcrübə edə bilərsiniz.
Özünə məhdudiyyət qoyan insanlar, özlərinə qadağa qoyduğu qidalara qarşı yüksək dərəcədə yemə ehtiyacı duymaqdadırlar. Diet boyunca heçbir qidanı özünə qadağa etməmiş insanlar isə hər cür qidanı lazım olan miqdarda yediyi və normanı saxladığı üçün həmişə nəaliyyətli olmaqdadırlar.
Sizi sağlam, nəaliyyətli bir nəticəyə aparacaq, düzgün bir dietin esas məntiqini başa düşməyiniz üçün ikinci yazıda məntiqli formada necə addımlamalı olduğunuza baxacayıq.(Daha Ətraflı)