Göbək Yağlarını və Göbək Əritmək Hərəkətləri. Ətraflı Məlumat!

Bir çox dəfə göbək yağları əritmək üçün nələr etmək lazımdır , bunun üçün hansı hərəkətləri etməliyik bəlkədə dəfələrlə bu haqda məlumatlar görmüşük ancaq.. . Bütün göbək əritmə hərəkətləri yalandır!

Bəli, səhf eşitmədiniz , göbək yağları üçün idman hərəkətləri elmində belə bir şey yoxdur!

Ancaq, göbək yağlarından sürətli və təsirli formada qurtulmaq istəyirsinizsə , axtardıqnız hər şey burada.

O kitab, bu tövsiyyə , televizorda kı sözlər, bu və digər adamların tövsiyələrindən bezmədinizmi ? Sizə bu yazıda ehtiyacınız olan şeyi deyəcəyik .

 

Yaxşı xəbər , artıq göbəyinizi əritmək və fit olmaq üçün atmalı olduqunuz addımların nə olduqunu öyrənəcəksiniz . Həmdə ən axırda sizi diet programı belə gözləyir.

Pis xəbər, hər şey çox asan olmayacaq. Ciddi hərəkət və davamiyyət tələb edəcək. 5 dəqiqədə

 əritmək deyə bir hərəkət əfsuslar olsun ki, yoxdur.

Həyatınızı sağlam dəyərlərə tutunaraq dəyişdirin. Gəlin başlayaq !

Niye göbək əritmək hərəkətləri yalandır ?

Əgər bu xoşunuza getmədisə bunu demək istərdik ki, bu əslində pis bir xəbər deyil.

Bütöv şəkildə incəlmə (arıqlama) məsələsi idman, fitness vəya sağlam qidalanma ilə təmin olunmaz. Bunu ancaq və ancaq əməliyyat ilə edə bilərsiniz , ancaq buda qalıcı və təsirli bir yol olmaz.

Niyə ? Çünki bədənimizdə yağlar istədiyimiz yerdən deyil, genetikamızın istədiyi yerdən gedər. Bu göbək yağları üçün deyil təkcə , bütün bədən yağlarında bu prinsip eynidir.

Saysız hesabsız qarin hərəkətləri , mədə və bel hərəkəti etmək bizə heçbir qatqısı olmayacaqdır.

Etdiyimiz idmanlar işlətdiyi əzələ qruplarının yaxşılaşmasına, güclənməsinə və böyüməsinə səbəb ola bilər, lakin üstlərindəki yağı yandırmaz. Bu yağın yanması üçün günlük kalori ehtiyacınızın yüksəlməsi, vəya bu ehtiyacın azalması lazımdır.

Bunu təmin etdiyinizdə bədəndə yağ yanma prosesi başlayar.

Kalori ehtiyacınız necə yüksələr? Metabolizminiz sürətlənərsə. Metabolizm necə sürətlənər ? Hərəkət edərək .

Kardio etməliyik , idman etməliyik!

Necə kalori əskikliyi (azalması) yaradarıq? Az yeyərək . Əslində hər şey bu qədər asandır.

Göbək əritmə yolunda edilən idman xətaları

Əvvəlcə səhf olanları öyrənək , onszuda göbəyi necə əridəcəyimizi başa düşərik.

Ağırlıq idmanları etməmək

İdman zalına getməyə yeni başladıysanız və yağ dərəcəniz birazda yüksəkdirsə , xüsusilə göbək bölgənizdə ki yağlarla problem yaşayırsınız , əsasən də, məşqçilərin yönəltməyi ilə çoxlu kardio məşqlərinə məruz qalırsınız.

Əfsuslar olsun ki, yalnızca bunu etmək böyük səhfdir. Çünki vaxt keçdikcə eyni hərəkətləri etmək sizə çox sıxıcı gələcəkdir.

Təbii ki, kardio hərəkətləri etməlisiniz ancaq, ağırlıq məşqlərinidə programınıza əlavə etməlisiniz . Ağırlıq məşqləri ilə birlikdə kardionu dəstəkləmək çox daha faydalı və qalıcı nəticələr əldə edəcəksiniz .

Məsləhətli olan isə vaxt keçdikcə ağırlıq məşqləri kardio məşqlərindən daha çox edilsin. Kardio sadəcə məşqin sonuna saxlanılsın.

Həddən çox qarın hərəkəti tətbiq etmək .

Günümüzdə nə piski həddindən çox qarın hərəkəti etmək, göbək ərtimədə faydalı olacağı düşünülməkdədir, ancaq bu çox böyük bir səhfdir.

Ən yaxşı qarın hərəkətlərini edin, ən yaxşı məşq programını istifadə edin, bunlar altda olan qarın əzələlərini gücləndirəcək, ancaq açıq görünən bir hala gətirməyəcəkdir.

Əvvəlcə yağ dərəcəniz müəyyən bir səviyyədə olmalıdır ki, qarın əzələləriniz görünə bilsin. Yağ yandırma isə böyük ölçüdə qidalanma ilə əlaqəlidir.

Yağ yandırmaq üçün tələsmə.

Kim istəməzdiki hər şey çox tez olsun bitsin…

Ancaq hər işdə olduğu kimi yağ yandırma göbək yağlarını əritmək üçün də sabit, qərarlı və disiplinli olmaq mütləqdir.

Tez həll etməyi düşünmək yerinə uzun müddətdə sağlamlığınızdan heç bir şey itirmədən düzgün yollarl ilə irəliləmək sizin üçün çox daha faydalı bir yol olacaqdır.

Bu iş iki həftə vəya bir aya bitməyəcəkdir, bir çox şeyi düzgün etdiyiniz vaxt həm sağlamlıq tərəfdən həmdə, görünüş tərəfdən bir müddət sonra istədiyiniz səviyyələrə yavaşca gəlməyə başlayacaqsınız. Xüsusilə bu yolda tələsmək yerinə qərarlı formada irəliləməyi ağlınıza qoyun.

 

Göbək əritmə yolunda edilən qidalanma xətaları .

Çox az kalori almaq.

Kilo vermək və göbək əritmək üçün yandırdıqımızdan daha az kalori almalıyıq.

Çox vaxt insanlar bu vəziyyətdə çox kiçik kalori alaraq tez bir vaxtda nəticə əldə etmək istəyirlər (ilk başlayanda mənim etdiyim kimi). Ancaq çox az kalori almaqla əzələ itkisi yaşamamız və dolayı yolla metabolizmimizin yavaşlaması ehtimalı vardir. Başda yağ yandırsaqda vaxt keçdikcə kalori azalda bilmədiyimiz üçün işlər çox çətinləşəcək (mənim başıma gəldiyi kimi)

Prosesi kifayət qədər izləməmək.

Göbək əritmə yolunda diqqət etməli olduqumuz ən əsas nöqtələrdən biri prosesi izləməkdir . Belimizin nə qədər incəlidiyini, kilomuzun necə dəyişdiyinə baxmalıyıq. Beləliklə qidanızda dəyişikliyi buna uyğun yeniləyə bilərsiniz.

Həftəlik vəya 10 günlük aralarla nə vəziyyətdə olduqunuzu yoxlamaq çox vacibdir. Həftədən həftəyə yağ dərəcəmizi ölçməliyik çünki , arıqlamasaq belə yağ yandıra bilərik.

Bu səbəbdən yağ yandırsaqda diyetimizi dəyişdirmək lazım olduqunu bildiyimiz kimi bir dəyişiklik olmursa , diyetimizi dəyişdirə bilərik. Bunun nəticəsində davamlı istədiyimiz nəticəyə görə planlama etdiyimizdən əmin ola bilərik.

Çox az protein almaq.

Kilo vermək, göbək əritmək və yağ yandırmaq üçün kifayət qədər protein aldıqımızdan əmin olmalıyıq .

Yüksək protein miqdarı daha tox hiss etməyinizə kömək edəcək , əzələ inkişafını dəstəkləyəcəyi üçün metabolizminizi daha yüksək tutacaqdır.

Yaxşı xəbər düşündüyünüzdən daha az proteinə ehtiyacnız var.

Makro qidaları düzgün paylaşdırmamaq.

Makro qidalar; protein, yağ və karbohidrat kalori dəyəri ilə aldıqımız ümumi kalori ilə yaranır.

Bu makro qidalar paylaşımını düzgün etməmiz əsasdır. Karbohidratı çox yüksək tutmaq vəya çox az yağ almaq kimi səhf makro qidalar göbək əritməmizi çətin hala gətirəcəkdir.

Çox şəkərlə qidalanmaq.

Çox şəkər yemək (konfet, şokolad və.s). Şəkər qısa enerji mənbəyi olsada insulin hormonu çox ifraz etdiyindən qan şəkərimizin gün içində dalğalı bir hərəkət etməsinə səbəb olacaqdır. Bu vəziyyət də gün içində özümüzü çox yorğun hiss etməyimizə səbəb olacaqdır (niyə həmişə yorgun və gücsüz hiss etdiyimizi artıq bilirik).

Insulin çox ifraz etmək yag saxlamağı artıracaq, fiziki hərəkətləri etməyinizə mane olacaqdır. Insulini aşağı salmaq üçün intermittent fasting dietini mütləq yoxlayın!

Motivasiyanızı itirməyin .

Hər birimiz hədəfimizə gedən yolda motivasiyamızı itirə bilərik. Bunun qarşısını almaq üçün bir dostumuzu hədəfimizə daxil edə bilərik. Birlikdə inkişafımızı izləyə və bir-birimizə dəstək ola bilərik.

Bununla yanaşı ölçmə, inkişafınızı yazılı və şəkilli olaraq arxivləşdirin. Bunun vasitəsilə nə qədər göbək yağı əritdiynizi və nə qədər kilo verdiyinizi görüb , motivasiyamızı yüksək tuta bilərsiniz.

Mənbələr

 

Digər Yazılar

Reaksiyanız ?
+1
7
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir