1 Həftədə Tez Arıqlamanıza Kömək Edən Fərqli Yulaf Dieti

1 həftədə yulaf vasitəsilə arıqlamaq barəsində bu günə qədər bir çox xəbər görmüş olarsnız. Bu yazıda isə sizə verəcəyimiz yulaf dieti digərlərindən fərqli olub arıqlamanıza kömək edəcək formada hazırlanmışdır.

Arıqlamaq indiki dövrdə ən çox çətinlik çəkilən mövzulardan biridir. Arıqlaya bilməmək isə bəzi insanlar üçün bəlkədə həyatlarında yaşadıqları bir kabus kimidir. Ancaq hər bir kabusun bir sonu vardır. Bu yazıda bu kabusun həllinə dair çox faydalı məlumat əldə edəcəksiniz.

Bu yazıda bizə kömək edəcək olan qidanın adı yulafdir. Bəs niyə yulaf və niyə hərkəs yulafin arıqladıcı qida olmasından bəhs edir? Əminəm bir çox dəfə yulaf ilə ariqlamaya dair ya xəbər yada tanışlarınızla olan söhbətlərinizdən eşitmisiniz. Gəlin daha ətraflı baxaq.

Yulaf nədir?

Yulaf 100 qramında 389 kaloriyə malik olan və tərkibində növbənöv bizə yararlı minerallar olan qidadır. Əslinə baxdıqda 389 kalori çox görünə bilər ancaq gəlin bir qarşılaşdırma edək və bunu ən məşhur başqa bir qida olan çörəklə edək. 100 qram (2,5 dilim) çörəkdə tam 260 kalori vardır və tərkibində demək olar bizə faydalı olan mineral yox dərəcəsindədir..

Yulafin tərkibində olan minerallar və vitaminlər aşağıdakılardır

    • B6 vitamini
    • Kalsium
    • Maqneziyum
    • Potasium
    • Bolca protein
    • Lif mənbəyi
    • Karbohidrat və.s

Bu yuxarıda sadaladığımız maddələrin bizə nə kimi faydaları var gəlin baxaq.

Yulafın üstünlükləri

Yulaf yüksək protein və karbohidrat malik qidadır. Bunu vasitəsilə yulafla qidalandıqınız vaxt özünü daha yaxşı, gümrah hiss edəcəksiniz və daha məhsuldar bir gün keçirəcəksiniz. Protein vasitəsilə enerjiniz artacaq karbohidrat vasitəsilə isə gündəlik lazımi vitamin ehtiyacınızı həll etmiş olacaqsınız.

Bəs yulaf arıqlamaqımıza kömək edə bilərmi?

Cavab bəli edə bilər. Çünki yulaf yüksək doyuruculuğada malikdir. Ona görədə sizin gün boyu tox hiss etməyinizə kömək edir. Yulaf ilə arıqlama diyetimizə keçməzdən əvvəl sizə bir şad xəbər verək. Bu dietin adı yulaf dietidir deyə yalnızca yulaf yemək məcburiyyətində deyilsiniz. Bir başqa yazmızda bu barədə ətraflı məlumat vermişdik.

Səhflərdən uzaq dayanın

Diqqət : Hər kəsin ilk etdiyi xəta hər bir şeyi bir kənara atıb sadəcə dietdə olan qidalarla qidalanmaqdır. Bu xətadan uzaq dayanın çünki etməzsəniz eyni qida size çox sıxacaq və dietinizi çox tez pozacaqsınız.

Bəs dietdə sadəcə yulaf olsa necə olardı?

Bunu etmiş insanların rəylərini araşdırıb sizin üçün topladiq. Indi isə nəticələri sizinlə paylaşırıq. Nəticələri sizi çoxda təəccübləndirməyəcəkdir.

Nəticələrə görə dieti düzgün formada yetirən insanlar sadəcə 20%-dir qalan 80% bu dieti tam formada bitirməyi bacara bilməmişdir. Bir çox insanın bacara bilməməsinin səbəbi göz qarşısındadır. Çünki bədənimizi bu prosesə heç hazırlaşdırmadıq.

Gündəlik həyatdakı yemə vərdişlərimizi 1 gündə dəyişmək bəlkədə edə biləcəyimiz ən kobud səhfdir. Çünki biz insanlar yeni olan bir şeyi alişmaqımız vaxt tələb edir. Ona görədə heç cür tələsməyə ehtiyac yoxdur yavaşca və diqqətli hərəkət edəcəyik.

Niye bu diet 1 həftəlikdir?

Bu sualın cavabı sizi çox rahatlandıracaqdır. Çünki 1 həftənin axırında dieti pozacayiq. Indi bu saniyə nə düşündüyünüzü çox rahat başa düşürəm. Deyirsiniz o qədər əziyyət çəkəcəmki bunu tez pozum. Axırda pozacamsa niyə başlayıram ki? Pozmanın mənə xeyri nə olacaq? və.s bu tipli suallar.

İndi başınızı qarışdıran sualların cavablarına ətraflı şəkildə baxaq. Əvvəlcə niyə pozuruq. Çünki məqsədimiz budur. Sonda isə bunu etdiyimiz üçün bir mükafat gözləməkdədir.

Özünüzü mükafatlandırın

Bir çox araşdırma insanların ən axırda bir mükafat almayacaqlarsa heç bir fəaliyyətə başlamadıqlarını ortaya qoymuşdur. Yəni biz bir işə baslayacayiqsa ən axırda bir mükafat gözləyirik, bunu bizim haqqımız olduqunu düşünürük. Əgər nəaliyyət əldə edəcəyiksə niyədə özümüzü mükafatlandırmayaq ki?

Bəs bu mükafat nə olacaq. Çox sadə bu mükafat bizim ən sevdiyimiz bir yemək və.b bir şey ola bilər. 1 həftəlik ağır bir yoldan keçdikdən sonra inanın bu mükafatı haqq etmiş olacaqsınız.

Indi isə çox uzatmadan gəlin diyetimizə keçək.

1 həftəlik fərqli yulaf dieti

Fərqli yulaf dieti? Nə üçün fərqlidir. Çünki bu diet intermettent fasting dietinin qaydalarına uyğun hazırlanmışdır. Daha ətraflı intermittent fasting yazımızı oxumaqınızı tövsiyyə edirik.

Bu dietdə gün ərzində sadəcə 2 dəfə qidalanma şərti vardır. 2 dəfənin çox az olduqunu düşünürsünüzsə narahat olmayın çünki ara qidalarmızda olacaqdır. Gəlin dietə ətraflı şəkildə baxaq

Hər səhər

  • Ən birinci şəkərsiz (yeni başlayanlar az şəkərli) kofe
  • Yarım stəkan yulaf əzməsi (qaynadılması)
  • 1 yemək qaşığı quru üzüm vəya banan
  • Yarım çay qaşığı darçın

Günorta `

  • Bir ovuc qoz vəya fındıq
  • Yaşıl tərəvəz (məsələn kahı)
  • Yaşıl çay vəya zəncəfilli çay
  • Istəkdən asılı olaraq tvaroq

Axşam yeməyi

  • 100 gram qızardılmış mal vəya toyuq əti
  • Bolluca yaşıl tərəvəz
  • Çox yağlı olmayan xörək

Dietdən istifadə qaydası

Bəli artıq dietimizdən xəbəriniz var. Geriyə sadəcə dieti necə tətbiq edəcəyimiz qaldı. Səhər yeməyinə yuxarıda yazdıqlarımızdan əlavə hər hansısa meyvəni rahatlıqla istifadə edə bilərsiniz. Günorta bəlkədə ən çox əziyyət çəkəcəyiniz hissə olacaq çünki hər birimiz günorta qidasından heç vaxt keçmirik. Ancaq qidanı keçməyə ehtiyacda duymuruq çünki ara qidalarmız var.

Ara qida olaraq şəkərli və duzlu olmayan sağlam qidalardan rahatlıqla istifadə edə bilərsiniz. Axşam yeməyində isə sərbəstsiniz istədiyinizi yeyə bilərsiniz. Ancaq unutmayın dietdəsiniz ona görə də çox kalori almamaqa diqqət edin.

Real nəticə

Əgər yulaf əzməsi yeyə bilmirsinizsə sizə bunu necə rahat edə biləcəyinizə dair bir məlumat paylaşım.

Mən özümdə yulaf əzməsi yeməyi heç vaxt bacara bilməmiş biriyəm. Bəs necə oldu ki, bu dieti tətbiq etməyi bacardım və ən əsası nəticə əldə etdinmi?

Ilk olaraq əgər yeyə bilmirəmsə onda içə bilərəm onsuzda eyni qidadır. Beləliklə diet tam uyğun olaraq qidalana biləcəyəm. Sizə bunu çox rahatlıqla deyə bilərəm ki, içmək yeməkdən çox sadə və daha tez olan prosesdir. Ehtiyacınız olan tək şey bir blenderə sahib olmaqdır. Bu qədər sadə

Effekt əldə etdinmi? Bəli. Hər səhər yulaf içməyə başladıqda artıq gün ərzində daha gümrah daha enerjik olurdum. Həmçinin fitness zalına getdiyim üçün təsirini çox yaxşı formada görə bilirdim.

Sizde yoxlayıb effekt əldə etmək istəyirsinizmi? Onda elə indi qərarınızı verin və başlayın. Ən axırda nəticənizi və başınızdan keçənləri aşağıdakı rəy bölməsində qeyd edin.

 

Digər Yazılar

Lifeless otherwise Real alpha squad origins captain shockwave mobile casino time Slot machine game Enjoy So it NetEnt Slot 100percent free

When you are 20 otherwise 50 spins are all with no-deposit sale, a hundred spins

100 percent free Revolves on $5 deposit casino baby bloomers the Harbors Get Totally free Revolves Bonuses during the Web based casinos

Articles Allege a hundred 100 percent free Spins To the Sign up: $5 deposit casino

🪙 No-deposit Free Spins The brand new Checklist slot pearls of india to have July 2026

Content Starburst + 99.step one RTP% – slot pearls of india Greatest A real income

Top-Rated Online casino 50 no deposit spins alien robots games

Content 50 no deposit spins alien robots | Greatest Gambling on line Web sites Rated

Do online casinos having Cyprus has Greek items?

Never assume all web based casinos that provide their services regarding the Cyprus solution Greek

Experiência Slot Spinata buffalo Slot online Capaz

Content Características Da Slot Spinata Ancho – buffalo Slot online Slot Spinata Amplo: Jogabilidade Aquele

100 percent free Slots On the web Enjoy Online casino free real money online slots games

Articles Free real money online slots – Bonus Series & Added bonus Has inside The

  1. İlahe :

    Men qatiqla yeyecem olarmi

  2. Jalə :

    Yulaf şəkərsiz isdifadə etdikdə arığladırmı?

    • Fitx Az :

      Əgər yeyilməyəcək dərəcə dadsız olar az biraz əlavə etmək olar

  3. Leyla :

    Banan yulaf 2 qaşıq yağsız süt qarışdır əz ye günorta yada axşam ola bilər nəticəni gör sabahlar da limonlu su

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir