İdman qadınlar üçün deyildirmi? Dəqiq olan bir şey varsa oda fitness qadın kişi nədir bilməz, cinsiyyət fərqi yoxdur, hərkəs üçün şərtdir.
Xanimlar, bu yazıda estetik və güclü bir bədən üçün istədiyiniz hər bir şey vardır!
Əvvəlcə ən çox edilən səhflərlə başlayaq. İllərcə müxtəlif kanallarda, xəbərlərdə idmana dair müxtəlif tövsiyyələr görmüş olmalısınız. Əvvəlcə bunları həll edək ki, xəyallarınızdakı bədənə ən tez formada çata biləsiniz.
Qadınların ən çox etdiyi fitness xətaları
Səhf bədənləri örnək almayın!
Fitness hələlik çox professional insanların əli dəymiş bir sektor deyildir. Məlumatlar günü gündən artır ancaq hələ gediləcək çox yol vardır. Qadınların ilk fitnesə başladıqlanrındakı düşüncə digər idmançı qadlnlara çox ısa müddətdə çatmaqdır. Buda onların rəqabətçi qadın ruhundan gəlir.
Əziz qadınlar əgər İnstagramda gördüyünüz bir idmançının vəya modelin bədən formasına sahib olmaq istəyirsinizsə sizə bir xəbərimiz var.
- Gördüyünüz demək olar ki 90% idmançı, model performans artırıcı dərman qəbul edir (doping kimi, supplement deyil!).
- Eyni vaxtda bədənlərinə estetik cərrahiyyə vasitəsilə manipulyasiya edirlər
- Sosial mediaya yuklədikləri şəkillərin hamısında Photoshop oxşarı programlardan istifadə edirlər.
Yəni hər şey göründüyü kimi sadə və təmiz deyildir. Ancaq siz onlara baxmaq əvəzinə özünüzün gələ biləcəyi nöqtəni fikirləşsəniz inanın daha yaxşı nəticələr əldə edəcəksiniz.
İdeal kilo deyə bir şey yoxdur, çoxda vecinizə almayın
Tərəzidə çıxan ağırlıq bədən kompozisiyasını tam göstərmədiyi üçün bizə sağalamlığımızı vəya estetikliyimizi ifadə etmir. Məsələn bədən indeksi eyni olan iki nəfərdən biri fit və sağlam ola bilərkən, digəri isə potensialından çox ama çox geridə ola bilər. (Əfsuslar olsun qadınlar hələ bugün belə tərəzinin göstəricisini əsas saymaqdadır)
Bu səbəblə diqqətə almağınız lazım olan tərəzidə ki kilonuz yox
- Yağ faiziniz
- Enerji səviyyəniz
- Gücünüz olmalıdır
Bədən yağ faiziniz %15 – 20% arasında olması yaxşı göstəricidir.
Fitness qidalanması ilə diet çox başqa şeylərdir
Arzuladığınız bədən formasına çatmaq üçün qidalanma olduqca əhəmiyyətlidir.
Nə piski, bu mövzuda həddən çox məlumat kirliliyi vardır. Insanlar qidaları pis vəya yaxşı deyə ayırd etməsi qidalanma formalarını pozmalarına səbəb olur.
Əslində bədən kompozisiyası ilə qidalanma əlaqəsinə baxdıqımızda hər hansısa bir qida qrupunun yüksəldilməsi vəya günahlandırılması məntiqli deyildir. Diet mövzusu əslində çox qəddar və məhdud olmamalıdır.
Yağ yandırmaq çox asantdır
Bədənimiz qidalar yolu ilə, gələn enerjiyi yağ olaraq saxlayır. Saxlanılan bu yağı bədən ehtiyac duyduğunda istifadə edir və biz buna yağ yandırma deyirik.
Düzgün formada hərəkət və qidalanma ilə bədənimizin yağ yandırma prosesini həyata keçirməsi bizim əlimizdədir. Ancaq aşağıdakı 2 mövzuda nə piski heç bir idarəmiz yoxdur.
1) Sadece bir bədən üzvündə yağ yandıra bilmərik.
Bədən enerjiyə ehtiyacı olduğunda istədiyi hissədəki yağlardan istifadə edər. Yəni sadəcə qarın məşqləri edərək qarın hissəsindəki yağların əriməsini heç vaxt gözləməyin. Bu genetika asılı olaraq bir nəfərdən digərində fərqli olur.
Yağlar bəzi insanlarda qarın hissəsində, bəzilərində belin, qol hisslərinə və.b üzvlərində yığıla bilər. Ona görədə bütöv bədən üzrə hərəkət etmək ən məsləhətlisi olacaqdır. Yağlar tədricən istədiyiniz hissələrdə də, yavaş yavaş əriməyə başlayacaqdır.
2) Əslində heç bir hərəkət yağ yandırmaz
Yağ yandırma bədənin enerjiyə ehtiyac duymasıyla həyat keçir. İdmanın buradakı tək vəzifəsi bədəndə kalori əskikliyi yaratmaqdır. Ayaq idmanları sadəcə ayaq əzələlərinizin güclənməsinə və dartilmasına yarayar.
Əgər bununla bərabər bədəniniz ehtiyac olunandan daha az qida alarsa, kalori əskikliyi yaranacağı üçün bütün bədəndə yağ yandırma prosesi gedəcəkdir.
Ağırlıq idmanı etmədən olmayacaq.
Bədənimizin görünüşü üstündəki idarəmiz yağ və əzələ üstündən həyat keçir. Yağ yandırdıqımızda və əzələ formalaşdırdıqda bədənimiz təbii olaraq sahib olduqu formanı alır. Yəni bizim bədən formalaşdırmaqda istədiyimiz şeylər
- Maksimum əzələ kütləsinə sahib olmaq
- Minimum yağ kütləsinə sahib olmaq
Bunları həyata keçirə bilməyiniz üçün edəbiləcəyiniz ən yaxşı idman ağırlıq hərəkətləridir.
Üzmək, pilates, boks vəya voleybol ağırlıq hərəkətləri qədər effektli olmaz. Çünki bizim mütəmadi olaraq ağırlığı artirmaqımiz lazımdır ki, bədənimiz bu adaptasiyanı edə bilsin.
Bu səbəblə idman zalına gedərkən hədəfiniz həftədən həftəyə, aydan aya güclənmək olmalıdır. Bir əvvəl ki, gündən daha çox ağırlıq qaldıra bildiyiniz vaxt bədənizin get-gedə daha fit hala gəldiyini çox rahat formada görəcəksiniz.
Çətin olan əzələ kütləsini yaratmaqdır. Bunu etmək üçün uzun müddət qüvvətlənməyə ehtiyacınız var. Qüvvətsiz estetik bir bədənə malik olmaq çox çətindir. Qısacası idman edərkən kişilərdən geri qalmayıb onlar kimi ağır məşqlər etməlisiniz.
Istədiyiniz bədən formasına görə tövsiyyələr
İnce və fit bir forma istəyirəm
Qadınlar incə və fit bir fiziki formanı, dolğun və güclü olan formadan ayıran tək şey, daha rahat əldə ediləbilə bilməsidir.
Daha çox əzələ kütləsini saxlamaq çətindir. Bu səbəbdən incə və fit bir formanı özünüzə estetik olduqunu düşünürsünüzsə yaxşı xəbər, bu hədəfə biraz daha rahat çata bilərsiniz.
Genetik olaraq əgər çox geniş çiyinlərə maliksinizsə, çox incə olma sizdə çoxda yaxşı seçim olmayacaqdır.
Incə və fit forma əldə edə bilmək üçün :
- Incəsiniz və qatlarınız yoxdursa : Kilo alacaq formada qidalanmalı, ciddi və mütəmadi şəkildə 3-4 gün ağırlıq məşqləri etməlisiniz. Kardio məşqləri şərt deyildir, istəsəniz həftədə 1 dəfə edə bilərsiniz. Daha ətraflı
- Incəsiniz və yağlısınız : Günlük kalori ehtiyacınız qədər qidalanmalı, ciddi və mütəmadi şəkildə həftədə 3-4 dəfə ağırlıq məşqləri etməlisiniz. Kardio məşqləri isə istəsəniz həftədə 1-2 dəfə edə bilərsiniz.
- Kilolu və yağlısınız : Günlük kalori ehtiyacınız qədər qidalanmalı, yağ yandıracaq şəkildə həftədə 3-6 gün ağırlıq vəya kardio məşqləri etməlisiniz.
- Kilolu və əzələlisinizsə : Yag yandıracaq şəkildə qidalanmalı, həftədə 3-4 dəfə ağırlıq məşqləri etməlisiniz.
- Əldə etmiş olduqunuz nəticəni qorumaq istəyirsinizsə : Günlük kalori ehtiyacınız qədər qidalanmalı, həftədə 3-4 gün ağırlıq və kardio məşqləri etməlisiniz.
Dolğun və güclü bir forma istəyirəm
Güclü və qıvrımlı bir bədən istəyirsinizsə ağırlıq məşqlərinə və güclənməyə uzun bir müddət (1 ilden çox) davam etməlisiniz. (Qadınlar arasında bu forma çoxda populyar deyildir)
Dolğun və güclü görünən bir bədən forması əldə edə bilmək üçün :
- Incə bədən forması üçün edilən hər şeyi, daha uzun bir müddət ərzində edin. Tək fərq, hədəfinizi biraz daha uzaqda qoyun.
- Hərəkətlər seçimini ön plana çıxarmaq istədiyiniz bədən üzvlərinə gör seçin. Çox böyüməsini istəmədiyiniz əzələlərə çox məşq etməyin.
- Ağırlıq məşqləri sizin istədiyiniz formaya çatmaq üçün çox əsasdır. Bu səbəbdən hərəkətləri düzgün, güclü və ağırlıqı artıracaq formada tətbiq etməyə çalışın.
Əziz oxuyucu sizin əlavə etmək istədiyiniz bir şeylər varmi? Yada əldə etdiyiniz nəticələr varsa zəhmət olmazsa aşağıdakı rəy hissəsində bunları qeyd edə bilərsinizmi?