Qarın Piylərim Heccür Ərimir Deyənlər Üçün
Qarın piyləri əritmək asan bir iş deyildir. Ancaq artıq 2020 -ci ildə yaşayırıq, internet mənbələrlə doludur, qidalanmadan tutunda, idman hərəkətlərinə kimi hər şey mövcuddur.
Buna baxmayaraq bu qədər məlumat bolluqu nə piski insanların başını çox pis qarışdırır. Düzgün olanla olmayanı ayırt etmək çox çətin olur.
Bəs qarın piylərini necə əritmək olar? Bu səbəbdən bu yazıda sizə qarın piylərini əritmək və artıq yağlardan qurtulmaqınız üçün nələr etməli olduqunuzun əsas qaydalarını bölüşəcəyik. Əgər bu qaydaları həyatınıza tətbiq edərsəniz 100% nəaliyyət əldə edəcəyinizə əminik.
Qarın yağlarınızı əritməyinizə mane olan ən əsas 6 faktor
1.Stres
Kortizon hormonunun ifraz olunmasını artıran stres, bədəninizdəki yağ hüceyrələrinin saxlanılma (depolanma) faizini artırır. Ayrıca bu hormon, yağ hüceyrələrinin ölçüsünüdə artırmaqdadır. Əsas da, bel və qarın hissəsində yağ saxlanılan insanlarda, stres səviyyəsi artdıqda bədənlərində daha çox yağ saxlanıldığı ortaya çıxmışdır.
Stres, həmçinin pis qidalanma vərdişinidə özüylə bərabər gətirən bir faktor olduqundan bacardıqımız qədər həyatımızdan uzaq tutmalıyıq. Hətta mümkünsə həyatımızda heç vaxt stres yaşamamalıyıq!
2. Spirtli içki
Spirtli içki istifadəsi günü gündən artmaqdadır. Hal belə olduqda, insanların ehtiyacından çox kalori alması ortaya çıxmaqdadır. Buda daha çox, qarın piyləri yığılmasına səbəb olan bir haldır.
İçki yağ yıqılmasına səbəb olduqundan, göbək hissəsinin böyüməsinə səbəb olan ən əsas faktorlardan biridir.
Həmçinin içkinin asılılıqa salma təsiri olduqundan içki içən insanların qarın piylərini əritməsi çox çətin olur. Bu vərdiş həm bir çox xəstəliyi özüylə gətirir, həmdə qidalanma və idman keyfiyyətini olduqca aşağı salır.
3.Tərkibi dəyişdirilmiş qidalar
Mən heç vaxt tərkibi dəyişdirilmiş qida yemirəm deyirsiniz bəlkədə indi. Yeməsəniz bele tərkibi dəyişdirilmiş qidaların təsirini bilməyinizdə fayda vardır. Yeri gəlmişkən afərin sizə.
Əsas da həddindən çox tərkibində şəkər olan qidalar, metobilzminizi çox yavaşlatmaqdadır. Həmçinin aroma, dad, qoxu əlavə edilən maddələrdə olduqca zərərlidir.
Qarın piylərini doğurdanda əritmək istəyirsinizsə bu qidalardan uzaq dayanmaqınızda fayda vardır.
4.Səhf idman etmək
Qarın əritmək istəyirsiniz, bunun üçün 100-lə jim və turnik vurmaqa fokuslanırsınızsa onu bilin sehf yoldasınız. Tək başına kardio belə kifayətdir, ancaq metabolizmi daha çox sürətləndirib daha çox güc sərf etməyiniz üçün həmdə ağırlıq məşqləridə etməlisiniz. (Daha ətraflı)
Əsas olaraq da, güc məşqləri, həm mərkəz hissənizi gücləndirmək, həm əzələ kütlənizi artırmaq, həm metabolizminizi sürətləndirmək, həmdə günlük həyatda daha yaxşı hiss edə bilməyiniz üçün olduqca təsirlidir.
Bir bölgə üstündə (məsələn qarın) yağ yandırmaqı ümid edərək saatlarla qarın hərəkətləri etmək vəya 12 dəqiqəlik qısa məşqlər yerinə kardioya vəya ağırlıq hərəkətlərinə yer vermək ən düzgün seçim olacaqdır.
5. Kifayət qədər yatmamaq
Kifayət qədər yuxusunu almayan insanlarda daha tez kilo aldıqı qarın piyləri artdıqı bir çox araşdırmalar nəticəsində təsdiqlənmişdir. Bu səbəbdən, günlük yuxu miqdarını mütləq diqqətə almasınız.
Yuxunun həm əskiyi həmdə artığı bizə çox zərərdir. Az yuxu alan (6.5 saatdan az) insanlar yemək yeməyə və lazımsız miqdarda kalori qəbul etməyə daha əlverişli vəziyyətdədir. Artıq yuxu alan insanlar da, (9 saatdan çox) isə çox yuxunun təsiri nəticəsində tənbəllik, hərəkətsizlik, istəksizlik və daha çox problem ortaya çıxmaqdadır.
Beləliklə depolanan yağlardan qurtulmaq istəyirsinizsə yuxunuza diqqət edin.
6.Yaş
Yaşınız artdıqca, əzələ kütləsi artırma və yağ yandırma sürəti dəyişməkdədir. Bədən yaşlandıqca enerji tələbi çox olan əzələdən qurtulmaqa, yağıda saxlamaqa daha uyğun bir hala gəlməkdədir. Əzələ kütləsi azalması asanlaşır, yağ yandırma prosesi çətinləşir.
Bu səbəblə qarın piyləri əritmək istəyərkən yaşınızıda nəzərə alıb bədəninizə ona görə yüklənməyinizdə fayda vardır.
Bu səbəblə qarın piyləri əritmək istəyərkən yaşınızıda nəzərə alıb bədəninizə ona görə yüklənməyinizdə fayda vardır.
Bonus : Ən əsas faktor – Genetika
Qarın və bel hissəsində yağ saxlamaq, genetikamızdada kodlanmışdır. Bəzi insanlar göbəkli olmaqa genetik olaraq daha uyğundur. Bunu dəyişdirmək üçün digər insanlardan daha çox səy göstərməlisiniz. Həmişə fit və sağlam olmaq üçün çalışmalı genetikanızın deyil sizin istədiyinizin əsas olduqunu göstərməlisiniz.
Bunu etmək üçün əvvəlcə genetikanızla barışıb, bədəniniz qüsurlarını qəbul etməlisiniz. Bu sizə biraz haqsızlıq kimi gələ bilər ancaq bunu haqsızlıq olduqunu düşünüb bu dərd etmək mi yaxşıdır yoxsa çox çalışarıq qaydaların sizin qoyduğunuzu bir həyatı yaşamaqmı?
Nəticə
Bu yazıda artıq yağlarınızın əriməməsinin ən əsas səbələrinə öyrəndiniz. Əgər bu qaydaları həyatınızdan uzaqlaşdırmaqı bacarsanız metobilzminiz, həzm sisteminiz qısacası bədədiniz həmişə sağlam və gümrah olacaqdır. Əlavə etmək istədiyiniz bir şeylər varmı? Bu barədə rəy və fikirlərinizi aşağıdakı rəy bölməsində qeyd edə bilərsiniz.