Nə Əldə Edirsiniz?
Məhsul Faydaları
Çox yönlülük – Əzələ gücünüzü və dözümlülüyünüzü və elastikliyinizi yaxşılaşdırın.
Dözümlülük – Yüksək dartılmalara dözümlü və davamlıdır.
Nəqliyyat rahatlığı – Yüngüldür, asan daşınma və rahat istifadəsi nəticəsində, bantı çantanıza qoyub istədiyiniz yerə aparıb məşqinizi edə bilərsiniz.
Məhsul Haqqında
Hər bir bantın maksimum təhlükəsiz uzunluğu və maksimum çəki hədləri vardır: Qırmızı 15kg, (rəng fərqli ola bilər)
Həm qənaətcil həmdə effektiv: Müqavimət bantları 100% təbii lateksdən hazırlanır və keyfiyyətli bir material olduğu üçün digər bantlardan fərqlənir.
Təhlükəsiz və çoxfunksiyalı: Müqavimət bantları effektiv bir məşq təklif edir. Bədən müqaviməti, ayaq və baldır formalaşdırması və ya əzələlərin gücləndirilməsinə kömək etməklə yanaşı fiziki müalicə (reabilitasiya) üçün uyğun olan bantlar hər tərəfli məşq təcrübəsini yaşamağınıza imkan verir.
5 Həftəlik Müqavimət Bandı Məşq Kitabı (PDF) Pulsuz
Bu məhsulu əldə etdiyiniz vaxt bu 112 səhifəlik PDF məşq kitabını pulsuz şəkildə əldə edəcəksiniz. Tərkibində bir çox faydalı məlumat, (51 ədəd motivasiya cümləsilə) izahlı formada və şəkillərlə göstərilən məşq hərəkətləri bədəninizi formalaşdırma yolunda sizə rəhbərlik edəcək. Artıq hansı hərəkətləri etsəm daha faydalı olar deyə düşünməyin! Çünki ehtiyacınız olan hər şeyə maliksiniz.
Qeyd: Pdf kitab eletkron kitabdır. Sadəcə telefon və komputer kimi eletkrikli cihazlarda istifadə oluna bilir.
İstəsəniz kitabın ilk 10 səhifəsini köçürüb baxa bilərsiniz. Kitabı köçürün 5 Həftəlik Müqavimət Bandı Kitabı və yaxud kitabın ilk 10 səhifəsinə baxın.
Ailəniz, Dostlarınız, Həmkarlarınız Üçün Əlverişli və Ən Yaxşı Məna Kəsb Edən Hədiyyə
Daşınması bir çantaya qoymaq qədər rahatdır. Müqavimət bantları ayağınıza ağır bir qantel qoymaqla və ya başqa bir əşya qoyaraq məşq ağırlığını artıra bilərsiniz.
Bir Çox Məşq Üçün Uyğundur
Turnik vasitəsilə
Bütöv bədən məşqi
Digər hərəkətlər
Reabilitasiya hərəkətləri üçün faydalıdır
Müqavimət bantları ilə bədəninizi formaya salın
Texniki Məlumatlar
Bunları Bilirdinizmi? – Qantellərdən fərqli olaraq müqavimət bantlatları (juqut) tədricən və dəyişkən davamlılıq təklif edir. Beləliklə, bu bant sizə əzələ gərginliyini azaldaraq həm gücünüzü, həm sürətinizi, həm də dözümlülüyünüzü artırmağa imkan verir.
Texniki Xüsusiyyətlər – 15 kq, rezinin 300% uzanmasına səbəb olan ağırlığa cavab verir.
Komponentlər və Tövsiyələr
Komponentlər – Elastik bant, 100% Lateks.
Saxlama məsləhəti – Açıq havada və nəmli yerdə saxlamayın. Mütəmadi bantların vəziyyətinə diqqət yetirin. Cırıq və ya zədə olduğunu görsəniz, məhsulu istifadə etməyi dayandırın.
Xəbərdarlıqlar – Kəskin və ya aşındırıcı bir vasitə ilə təmasdan çəkinin.
Rasim –
Turnik vurmaq üçün aldım arıqam (65 Kq) deyə rahat işlədə bildim, ancaq çəkisi çox olan adama daha qalını lazımdır.