Bu Müqavimət Band (Juqut) Proqramı ilə Bütün Bədəninizi Sirkələyin

Bədəninizi formalaşdırmaq və sağlam bir həyat üçün bu doqquz hərəkətə malik, bədəninizi sirkələyəck evdə rahatca müqavimət bandları (Juqutla) ilə  edəbiləcəyiniz məşqi mütləq sınayın.

Bəzən bir az idmanla məşğul olmağın nə qədər sadə ola biləcəyini unutmaq asandır. Bədəninizin  hər tərəfinə bükülmüş texnoloji cihazlar bizim başımızı qarışdırmağı və hərəkətimizi azaltmağımızı bacarır. Artıq elə bir hala gəlirik ki, yerimizdən qalxıb su belə içməyə təmbəllik edirik. Əlbətdəki buda qısa müddət olmasa belə uzun müddətdə çox cansıxıcı vəziyyətə gələ bilir.

Müqavimət bantları (juqut)müxtəlif məşqlər üçün ucuz və təsirli yoldur – ehtimaldır ki, düşündüyünüzdən də çox təsirlidir. Gücünüzü yavaş-yavaş itirməyə başladığınızı düşünürsünüzsə müqavimət bandları sizə bunun əksini sübut etməklə yanaşı, edəcəyiniz məşqi daha əyləncəli və sadə bir hala gətirir.

Bundan əlavə müqavimət bantları eyni zamanda ən çox asan daşınan fitness avadanlıqlarıdır. Onları çantanıza qoyun və öz otağınızdakı kimi asanlıqla bir otel otağında , açıq havada, bağda parka istədiyini hər yerdə rahatlıqla istifadə edin.

Əgər bu avadanlıqla nə edəcəyiniz barədə fikriniz yoxdursa, icazə verin sizə  kömək edək. Let’s Bandmaster məşqçisi Ben Fildes tam bədən hərəkətə gətirəcək bir müqavimət bandı məşqi bölüşdü və o, sıralı formada aşağıdakı qaydalara riayət etdi.

Məşq prosesi 15 dəqiqədən çox çəkməməlidir, ancaq bir müddət möhkəm və alışqın deyilsinizsə, bir-iki set əlavə edib davam edin.

| Bu məşq üçün ehtiyacınız olacaq müqavimət bantları

Müqavimət bantları (Juqutlar)hamısı eyni şəkildə işləyir, lakin hamısı eyni deyil. Müxtəlif ölçülü və güclü ilikli lentlər və ya iki ucu olan düz bir lent əldə edə bilərsiniz.

Tutulması asan olsun deyə tutağaclı bandlar istifadə edə bilərsiniz. 

Aşağıdakı məşqdə iki növ bant istifadə olunur. Mini müqavimət bandı və standart müqavimət bandllarından olan 15kq25kq ağırlıq tutumuna malik olan bandlar.

Sizə lazım olan məhsulları saytımızdan rahatlıqla sifariş verib əldə edə bilərsiniz.

19.00 
22.00 

| Tam Bədən Üçün Müqavimət Bandı Proqramı

1 One-arm biceps curl

 Hər qol tərəfinə 12-15 dəfə olmaqla 1 təkrar. (Sadəcə 1 dəfə edəcəksiniz)

Müqavimət bandı üzərində iki ayağınızla çiyin enində ayaqlarınız arasında durun. Bantı bir əlinizlə tutun və ovucunuzu irəli tərəfə baxaraq qolunuzu aşağıda tutun. Dirsəkdən bükün və yaxşı bir biceps (qolun ön hissəsi) büzülməsinə qədər qolunuzu çiyinlərinizə tərəf qaldırın. Sonra başlanğıc üçün yavaşca aşağı endirin. Bütün təkrarlarınızı bir qolda edin, sonra dəyişdirin.

2 Flye

12-15 dəfə olmaqla 1 təkrar. (Sadəcə 1 dəfə edəcəksiniz)

Müqavimət bandını hər iki əlinizdə saxlayın, qolları sinə hündürlüyündə düz tərəflərə uzadıb bandı arxa tərəfə keçirin. Bantı birbaşa önünüzə çəkin, əllərinizi tam uzadılaraq bir araya gətirin, dirsəklərinizi yuxarıda saxlayın və basarkən sinə əzələlərinizi sıxın. Yavaş-yavaş başlanğıc vəziyyətinə qayıdın.

3 Front squat

8-15 dəfə olmaqla 1 təkrar. (Sadəcə 1 dəfə edəcəksiniz)

Müqavimət bandında ayaqlarınızı çiyin enindən biraz daha geniş tutun və bantın üst hissəsini çiyinlərinizin önünə qoyun. Sinənizin yuxarı və dizləriniz barmağınızın üstünə oturaraq çömbəlin. Sonra başlanğıc mövqeyinə qədər yavaş-yavaş etməyə davam edin.

4 Side-lying hip abduction

Hər iki tərəfə 10-12 dəfə olmaqla 1 təkrar. (Sadəcə 1 dəfə edəcəksiniz)

Baldırınız və dizləriniz 90° əyilmiş vəziyyətdə və müqavimət zolağı dizlərinizin üstündə ilmə halında yan tərəfinizdə uzanın. İki-üç saniyəlik aranı açıb bağlayarkən dizlərinizi ayırmaq üçün yuxarı ayağı qaldırın, sonra yavaş-yavaş başlanğıc vəziyyətinə qayıdın. Bunu hər iki tərəfə doğru edin.

5 Glute bridge

10-15 dəfə olmaqla 1 təkrar. (Sadəcə 1 dəfə edəcəksiniz)

Müqavimət bandını dizlərinizin üstünə gətirin və ayaqlarınızı yerə qoyaraq, dizlərinizi 90° bükərək beliniz tərəfə uzanın. Ayaq barmaqlarınızı yerdən qaldırın, sonra dizlərinizdən çiyinlərinizə düz bir xətt əmələ gətirənə qədər ombalarınızı qaldırın və bütün hərəkət boyu əzələlərinizi sıxın. Ombanızı qaldırarkən müqavimət bandına təsir etmək üçün dizlərinizi bir az açın.

6 Splitter

8-10 dəfə olmaqla 1 təkrar.

Dizlərinizi azca əyilmiş və ayaqlarınızı çiyin enində qoyun. Çiyin hündürlüyündə hər iki əlinizlə müqavimət bandının çiyin genişliyi hissəsini qarşınızda tutun. Qollarınızı düz tutaraq, çiyin arası büzülənə qədər bantı geriyə doğru çəkin. Yavaş-yavaş başlanğıc vəziyyətinə qayıdın.

7 Lateral walk

Hər iki ayaqa 8-10 dəfə olmaqla 1 təkrar.

Bir müqavimət bandını dizlərinizin üstündə, digəri isə ayaq biləklərinizdə yerləşdirin. Bantlarda gərginlik yaratmaq üçün çiyin enində ayaqlarınızla yarım çömbəlmə vəziyyətinə salın. Sonra hərəkət edərkən bantlarda gərginliyi qoruyaraq kiçik (birinic sağ sonra sol ayağınız üzrə edin) bir addım atın. Bütün addımları bir istiqamətdə edin, sonra digərinə keçin.

8 Press-up

5-15 dəfə olmaqla 1 təkrar.

Müqavimət bandını yuxarı arxa tərəfə bükərək və uclarını əlinizin altından tutaraq düz bir vəziyyətə gəlin. Sinənizi yerə doğru buraxın, sonra qarın hissənizi sıxaraq qollarınız tam uzanana qədər düz yuxarı itələyin.

9 Squat to overhead press

8-10 dəfə olmaqla 1 təkrar.

Müqavimət bandında ayaqlarınızı çiyin enində ayırın. Müqavimət bandını tutaraq əllərinizi ovuclarınızdan yuxarıya baxaraq çiyin səviyyəsinə qoyun. Çömbəlməyə başlayın, sonra geri itələyin və qollarınızı tamamilə uzatın, beləliklə müqavimət bandını qaldırın. Sonra yenidən çömbəlməyə başlayaraq davam.

Tam məşq maksimum 15 – 25 dəqiqə vaxtınızı aparacaq ancaq, məşq bitdiyində bədəniniz testestoran (xoşbəxtlik hormonu) maddəsi buraxacağı üçün özünüzü çox rahat və enerjik hiss edəcəksiniz. Məhsulları əldə etmək üçün bu linkə toxuna bilərsiniz.

Yeniliklərdən tez xəbərdar olmaq və bu tipli məzmunların daha çox gəlməsi üçün sadə bir toxunuşla Instagram Telegram kanalımıza abunə ola bilərsiniz

Maraqlı ola bilər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir