Əlavə qalın və partlamağa qarşı: bazarda ən yüksək sıxlıqlı məşq toplarından biridir.
Yüksək keyfiyyətli material və sürüşməyə qarşı: dözümlü PVC materialdan hazırlana, BPA və ağır metallar olmayan keyfiyyətli məhsuldur.
Şişirməsi asan: məhsul çox tez hava ilə dolur və qısa müddətdə istifadəyə hazır olur.
Çox yönlü istifadə: yalnız pilates, yoga, bel və qarın məşqi edənlər üçün deyil, hamiləlik gimnastikası və ya yüzlərlə aşağı təsirli məşqləri etmək üçün əladır, həm də duruşunuzu yaxşılaşdırmaq və bel ağrınızı aradan qaldırmaq üçün ofis kürsüsü kimi istifadə edilə bilər.
Məhsul Videosu:
İradə –
Əcəmiyə evə sifariş verdim metroya yaxındır deyə əlavə ödəniş olmadı, sürətli çatdırdılar. Çoxlu çoxlu sual verdim bezmədən cavab verdilər. Xidmət əladır.
Sənubər –
Top yaxşıdır ancaq boş formada gətirilir, tək mənfideyəcəyim bu hissədir sadəcə. Keyfiyyəti normaldır.
Kəmalə –
Top boş gətirilir ancaq, bunu əvvəlcədən dedilər deyə problem etmirəm. Çox çəkinirdim defekti olar deyə ancaq bütün məsuliyyəti qəbul etdilər deyə rahat sifariş verdim. Yaxşıdı tez gəldi, topda heç bir defekt çıxmadı, ancaq daha çox parlaq gözləyirdim o cəhətdən biraz məyus oldum. Ancaq top qalın və dözümlüdür.
Azad –
Top yaxşıdır ikisini sifariş verdim , hələ maşın təkəri dolduran yerdən doldurdum yaxşıdır, qalındır adam qorxmadan üstünə otura bilir.
Mahir –
Evdən pilates topu istəyirdilər , axşam işdən gec çıxırdım deyə tapa bilmirdim. Buradan sifariş verdim hələ 20 yanvardan götürüb evə getdim vaxtlı-vaxtında çatdırılma etdilər.