Həmişə Sağlam: Məşq Sonrası Dartınma Hərəkətləri

dartınma

Dartınma Hərəkətləri: İdmandan əvvəl və sonrakı “idmana hazırlıq” mərhələsində, bəzən təcrübəli idmançılar tərəfindən də atlanan məqamlardan biridir. Bununla birlikdə, zədələnmənin qarşısını almaq üçün edilən istiləşmə hərəkətləri kimi, xüsusilə məşqdən sonra dartınma hərəkətləri də məşqdən maksimum səmərəliliyin alınması üçün ən vacib şərtlərdən biridir.

İdman performansından əlavə, zamanla bədənə xüsusi bir elastiklik qazandıracaq və hətta bir çox əzələ qrupunun, xüsusən də ayaq bölgəsinin formalaşmasına kömək edəcək dartınma hərəkətlərə daha yaxından baxaq. Dartınma hərəkətlərinin bədən üçün faydalarını tapa biləcəyiniz bu yazıda evdə rahatca edə biləcəyiniz məşqləri də tapa bilərsiniz.

Gündəlik Faydalı Məlumat Əldə Etmək Üçün

 


    | Dartınma Hərəkətlərinin Faydaları

    Effektiv bir məşq performansına nail olmaq üçün məşqdən əvvəl və sonra əzələlərin istirahət etməsi çox vacibdir. Mükəmməl bir əzələ inkişafını təmin etmək üçün məşqdən sonra əzələlərin bərpasını sürətləndirməyə kömək edən dartınma hərəkətləri; Bədənin oynaqlara, qığırdaqlara, sümüklərə, tendonlara və bağlara çatan böyük bir hissəsini də təsir edir. Bu səbəblə əzələ inkişafı və elastikliyi ilə yanaşı uyğun bir duruş və bədən dikliyi yaratmaq üçün də çox dəyərlidir. Bəs dartınma hərəkətlərin spesifik faydaları nələrdir? Bunu aşağıdakı kimi sadalaya bilərik:

    əsnəmə hərəkətləri

    • Potensial yaralanmaların qarşısını alır və mövcud zədələrin düzəldilməsində rol oynayır.

    • Gündəlik dartınma əzələləri rahatlaşdıraraq həm zehni, həm də fiziki stresi aradan qaldırmağa kömək edir.

    • İdmandan əvvəl isinmə hərəkətləri, əzələləri fəaliyyətə hazırlayacağı üçün məşq səmərəliliyini artırır.

    • Əzələ və oynaq ağrılarını azaldır və hərəkətliliyi artırır.

    • Bədəndəki qan dövranını sürətləndirir.

    | İdman Sonrası Xüsusi Dartınma Hərəkətləri

    Aşağıdakı videoya bir kliklə sizin üçün hazırlanan məşq sonrası dartınma hərəkətlərinə baxa bilərsiniz. Aşağıdakı videoda hərəkətlərin adlarını da paylaşırıq.

    • Quadriceps Stretch 

    • Hip Flexor Stretch

    • Hamstring Stretch 

    • Addüktör Stretch 

    • Gluteus Stretch

    • Latissimus Dorsi Stretch

    • Dog Pose 

    • Shoulder & Triceps Stretch

    • Gluteus Stretch 

    • Chest and Shoulders Stretch 

    • Cobra Pose

     
    Reaksiyanız ?
    +1
    1
    +1
    0
    +1
    2
    +1
    0
    +1
    0
    +1
    0
    +1
    1

    Unutmayın dartınma hərəkətlərini idmandan sonra etməlisiniz. Çünki dartınma hərəkətləri bədəndə rahatlıq hiss yaradır? yəni bədən heç bir hərəkətdə olmaycaq oturaq vəziyyətə keçəcək.. Ona görədə məşqə başlayanda çox gücsüz hiss edə bilərsiniz. Dartınma hərəkətləri ona görə də məşqdən sonra edilməlidir

    Maraqlı Ola Bilər

    Reaksiyanız ?
    +1
    1
    +1
    0
    +1
    2
    +1
    0
    +1
    0
    +1
    0
    +1
    1

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir