Ketojenik diet ( ketosis ) çox az karbohidrat, orta miqdarda protein və yüksək yağ alınan bir diet növüdür. Məqsədi bədənin enerji sistemini dəyişdirməkdir. Bu diet vasitəsilə bədəni ketosise salaraq bədənin enerji olaraq yağ molekullarını istifadə etməsini təmin etməkdir. Bu səbəbdən yağ yandırmaq üçün olduqca işə yarayan bir diet sistemidir. Təbii ki, buna bərabər başqa təsirləridə ola bilməkdədir.
Ketojenik dietin digər dietlərdən fərqi proteini çox azaltmasıdır. Çünki artıq protein qan təzyiqini artıra bilər. Bu səbəblə bədən ketosise düşər. Bəs bu ketosis nədir?
Ketosis nədir?
Bədənimiz normal halda əsas enerji mənbəyi kimi qlükoza istifadə etməkdədir. Karbohidrat mənbələrindən bədənimiz qlükoza almaqdadır. Qlukoz molekulları glikojen olaraq əzələlərimizdə və qaraciyərimizdə saxlanılar. Bu glikojen sonra glikozlara çevrilər. Bu mənbələr bitdikdə isə bədən həyatda qalmaq üçün başqa bir enerji mənbəyinə ehtiyac duyar.
Sonra bədən ketosisə düşər və enerji üçün istifadə olunması məqsədilə ketonlar ifraz edər. Qaraciyər yağ molekulları ketonları yaradar. Ketonlar bədən və beyini enerji ilə təmin edər.
Ketojenik diet bu formada enerji sistemini dəyişdirməyə səbəb olar.
Ketojenik dietin faydaları nələrdir?
Epilepsi
Ketojenik diet tibbi məqsədlərlə tapılmış bir dietdir. Epilepsi xəstələrini ac buraxmaq, yəni oruc ümumi olaraq istifadə olunurdu.
Bədən ac olduqunda isə ketosisə girər. Ancaq oruc uzun müddətli bir çarə olmadıqı üçün eyni faydaları xəstələri ac buraxmadan təmin edən ketojenik diet istifadə olunmaqa başlandı.
Yağ yandırma
Təbii ki, ketojenik dietin günümüzdə populyarlığı yağ yandırmaqından irəli gəlməkdədir. Dietoloqlar tərəfindən də, yağ yandırmaq üçün uzun müddətli tövsiyyə olunmasa da, istifadə olunur və yaxşı nəticələr ortaya çıxır. Ketojenik diet yağ yandırmaq istəyənlər üçün 1 nömrəli diet ola bilər.
Buradakı tək problem ketojenik diet haqqında araşdırmalarda uzun müddətdə digər dietlərə görə çoxda bir fərq tapılmamış olmasıdır. Yəni qısaca vədd olaraq çox təsirli olsada uzun müddətdə çoxda yağ yandıra bilməyəcəksiniz.
Buna baxmayaraq qan təzyiqi və insulin həssaslıqı yaşayan insanlar üçün ketojenik diet ən yaxşı yağ yandırma silahı olacaqdır.
Diabet
Eyni vaxtda ketojenik dietdə karbohidrat istifadəsi az olduqundan qan təzyiqini aşağı çəkər və yüksək insulin səviyyəsinin qarşınısını alar.
Stabil enerji axışı
Ketosise girənə qədər yorğunluq və halsızlıq yaşaya bilərsiniz. Ancaq ketosisə girdikdən sonra bu vəziyyət dəyişir. Ketonlardan daha çox enerji təmin olunduqda qan təzyiqində olan dalğalanmalar olmadıqından yorğunluq hissi yaranmaz.
Həmçinin fokuslanma problemi vəya işiniz zehninizi yüksək tutmaqı tələb edirsə ketojenik diet tam sizə uyğundur.
Ketojenik diet zərərləri nələrdir
Ketojenik diet
- Maye-elektrolit balansına zərər verə bilər. Ketonların yan təsiri olaraq bədəndə vəzi yığıla bilər. Buda yüksək maye və elektrolit itirməyə yol verə bilər.
- Qəbizlik problemləri yarana bilər. Karbohidrat mənbəyi olmadan kifayət qədər lif almaq çətin ola bilər.
- Böyrəklərdə urik artımı azala bilər. Yetərsiz maye almaq ilə bərabər bu cür tibbi problemlərə yol aça bilər.
Kimlər istifadə edə bilər?
Uşaqlara və inkişaf ərəfəsində olan gənclərə istifadəsi ehtiyac duyulmadıqca ketojenik diet tövsiyyə olunmaz. Lazımi miqdarda qidaları (vitamin və mineralları) almaq zor olacağı üçün inkişaf çağında sıxıntılar yarada bilər.
Diabet xəstələrinin istifadəsi üçün uyğundur. Həkimlər və dietoloqlar nəzarətində epilepsi xestəliyi olan uşaqlarda ketojenik diet istifadə edilə bilər.
Ketojenik diet necə tətbiq olunur?
Ketojenik diet sadəcə bir sistemdir. Bizim yenə esas qidalanma parametrlərinə davam etməyimiz lazımdır. Yeni arıqlamaq istəyiriksə yandırdıqımızdan daha az kalori almalıyıq. Eyni formada kökəlmək istəyiriksə yandırdıqımızdan daha çox kalori almalıyıq.
Bunun yanında ketojenik dietə uyğun bir makro qida təyini əhəmiyyətlidir. Ketosise girməyiniz üçün lazım olan makro qida faizləriniz:
- 10 vəya daha az karbohidrat ( nə qədər az o qədər yaxşı )
- 15%-25% protein
- 60%-70% yağ
Bu makro qida faizlərinə nümunə olaraq, 2750 kaloriyə ehtiyacı olan biri yağ yandırmaq üçün bu dieti istifadə edirsə 2500 kalori alıb 250 kalori əskiklik yarada bilər.
- 5% karbohidrat: 30 qram
- 25% protein: 155 qram
- 70% yağ: 195 qram
Ketosisə girmək üçün 50 qramdan çox karbohidrat qəbul etməməlisiniz.
Ketojenik diet üçün istifadə olunan qidalar
Ketojenik diet tətbiq edərkən ketosise girmək üçün gündə 50 qramdan az karbohidrat almalıyıq. Bunun üçündə, karbohidrat mənbəyi olan qidalardan uzaq dayanmalıyıq.
Protein mənbəyi olaraq yağlı ət yeyə bilər, proteini də çox almadıqımıza diqqət etməliyik.
Yağ mənbəyi üçün kərə yağı, ət, süd məhsulları ilə qidalana bilərik. Bundan əlavə olaraq yağ olaraq zeytun yağı və kakos yağı istifadəsi məqsədə uyğundur.
Ketojenik diet tətbiq edərkən nələrə diqqət etməliyik?
1.Lif qəbulu
Yaşıl tərəvəz qəbulunu artırmalıyıq. Yaşıl yarpaqlı tərəvəzlər bitki çəpərlidir və biz bunları bütövlükdə həzm edə bilmərik. Ona görə də kalori və karbohidrat göstəriciləri aşağıdır. Ketojenik dietə bir maneə deyildirlər. Tam əksinə mütləq yeməliyik.
Ketojenik dietdə karbohidratı azaltdımız üçün lif qəbulumuzda azalacaqdır. Buda həzm və boşaltma sistemində problem yaradacaqdır. Yaşıl tərəvəzlər lif cəhətdən boldurlar. Ona görədə bol bol yaşıl tərəvəz yemək məqsədə uyğundur.
2.Vitamin və mineral qəbulu
Ketojenik dietdə karbohidratı qəbulunu azaltdıqımızda və bunu əsasda meyvə qəbulunu azaltmaqla etdikdə, vitamin və mineral əskiklik yaşamaqımıza səbəb olur. Bu əskikliyi ya multi vitamin əlavələri vəya yaşıl tərəvəzlərlə qarşısını ala bilərik.
3.Maye və duz qəbulu
Ketojenik dietdə ürik turşusu azalması səbəbilə ürik turşu daşı yaranmasının qarşısını almaq üçün maye qəbuluna diqqət etməliyik.
Nəticə
Bu yazıda ketojenik dietin nə olduqundan, necə tətbiq olduqundan, müsbət və mənfi tərəflərindən bəhs etdik. Yazıda diqqət etdinizsə müsbət cəhətləri yüksək olan bu dieti tətbiq etdiyinizdə yüksək nəticə əldə edə biləcəyinizi çox rahatlıqla görə bildiniz. Bəs siz bu barədə nə düşünürsünüz ketojenik diet sizcədə tətbiq etməyə dəyərmi? Cavablarınızı aşağıdakı rəy bölməsində qeyd edə bilərsiniz.
Sizin əlavə etmək istədiyiniz bir şey varmı və yaxud əlavə bir sualınız varsa şərh bölməsində bunu bildirməyi unutmayın. Həmçinin yazıya reaksiya verməyinizdə çox vacibdir.
İdman avadanlıqları və daha çoxu üçün saytımızda yerləşdirilən məhsullara baxa bilərsiniz.