Hər bir kəs ideal bədən formasına və ideal kilo halında olmaq istəyər? Bəs ideal kilo hər kəsin düşündüyü kimi çox arıq olmaqdırmı? Bunu bilmək üçün bədən kütlə indeksini bilmək lazımdır. Bu yazıda ideal kilo və ideal bir bədənə sahib olmaq üçün nələri bilməli olacağınızı öyrənəcəksiniz.
Bədən kütlə indeksi
Ən asan ideal kilo hesablama yolu bədən kütlə indeksinə görə aparılandır. Yaxşı bu bədən kütlə indeksi necə hesablanır
Bədən kütlə indeksi (BKİ) = Ağırlıq (Kilo) / Boy (Metrlə)
Bu hesablama nəticələrinə baxaraq, incə bədən formasından obez bədənə qədər hansı nöqtədə olduğunuzu görə bilər və buna görə nələr etməli olduqunuzu bilərsiniz.
BKİ (Bədən kütlə indeksi) ən rahat və ən sürətli ideal kilo hesablayıcısıdır. Evinizin konfortunda boy, kilo və yaşınızı, daxil edərək nəticəni tapa bilərsiniz. Ancaq bu metod bəzi problemləri ortaya çıxardır.
Bu BKİ nəticəsində nə piski çox böyük bir boşluq vardır. Məsələn kilosu yüksək və əzələli birisinizsə nə olacaq? Futbol oynayan birini düşünək, əzələli olduqu üçün kilosu çox olacaqdır. Çox sağlam olmasına baxmayaraq BKİ nəticəsi obez çıxa bilər, çünki əzələsi ilə əlaqədar kilosu çox olacaqdır. Yada tam tərsi çox arıq olan və kilo almaq istəyən biri sağlam kateqoriyasından çıxıb artıq kilolu kateqoriyasına keçə bilər.
Yəni bir insanın sağlam kateqoriyasında olan kiloda olması onun sağlam olduğu mənasına gəlmir. Bəs düzgün olan nədir? Bu sualın cavabı bədən komponentlərindən keçir.
İdeal kilo üçün bədən komponentləri nə üçün əhəmiyyətlidir.
Əslində ideal kilo tərəzidə ki, nəticə deyil “bədən komponentləri” nəticəsidir. Məsələn çox arıq birini nümunə olaraq götürək. Görünüşü arıq ola bilər ancaq bədən komponentlərinə baxdıqda əzələ faizi aşağı, yağ faizi yüksəkdir. Sizcə bu insana fit bədənə malik biri deyə bilərikmi? Əlbətdə yox! Yəni arıqlıq fit olma göstəricisi deyildir. Fit sözü əslində yağ faizi aşağı və əzələ faizi yüksək olan insanlara deyilir.
İndi yazıda bu hissəyə qədər gəldinizsə, artıq tərəzidəki göstəricinin faydasız olduqunu bədən komponentlərinin isə əsas olduqunu artıq bilirsiniz. Artıq tərəzidə ki rəqəmə deyil bədən komponentlərinə fokuslanırsınız.
İndi bizə lazım olanin yağ və əzələ faizi olduğunu öyrəndik. Sıra qarşıda nələri hədəfləmək lazımdır onu öyrənəcəyik.
İdeal kiloya malik olmaq üçün sizə lazım olacaq olan düzgün diet programını bilmək üçün Professional Diet Proqramı 1 və Program 2 -yə baxmaqınızda fayda vardır.
İdeal kilo üçün nəyi hədəfləmək lazımdır
Məsələ ideal kilo olduqda, əvvəlcə özünüzə bəzi suallar verməlisiniz və bu mövzuda özünüzə tam səmimi olmaqınız şərtdir.
- Niyə ideal kiloya malik olmaq sizin üçün əhəmiyyətlidir?
- Doğurdan da mənim üçün əhəmiyyətli olan sağlamlığımdırmı? İstədiyim şeyi yeməkmi? Məşqdə olan performansımmı?
- Necə görünmək və necə hiss etmək istəyirəm?
- Bədən quruluşum yaxşıdırmı? Əzələ kütləsi artmalıdırmı?
- İstədiyim ölçülərə və yağ faizinə çata bilmək üçün lazımi istəyi göstərə biləcək enerjim və iradəm varmı?
İlk olaraq bu suallara cavab verdikdən və nəyi istədiyinizdən əmin olduqdan sonra bir digər səviyyəyə keçə biləcəyinizə inanırsınızsa, ACE bədən yağ norması cədvəlinə bir göz gəzdirməlisiniz.
Ayrıca aşağıdakı şəkillərə baxaraq yağ faizinə görə bədən formalarının necə olduquna baxa bilərsiniz.
NƏTİCƏ
Yaxşı bu yazıdan hansı nəticələri çıxartmaqımız lazımdır?
- 1.”İdeal kilo” yerinə, bədən komponentlərinin əhəmiyyətini öyrənib, tərəziyə deyil yağ faizinə baxmalı olduqunuzu.
- Bədən yağ faizinizi ölçdükdən sonra yuxarıdakı şəkillərdən hansı vəziyyətdə olduqunuzu və hansı vəziyyəti əldə etmək istədiyinizi.
- Unutmamalı olduqumuz nöqtə; arıqlamaqın və kökəlmənin yolları bəllidir. İdman edərik arıqladıqca yağ itirərik və həcmli olmaq istəsək əzələ kütləsini artırmaq üçün fitness zallarda ağırlıq məşqləri edərik.
- Açıq olan bir şey varsa o da yağ və əzələ faizini biryerdə dəyişməkdədir. Bu səbəblə, tərəzidən asılı olmamaq çox əhəmiyyətlidir. Əzələ kütləniz artdıqca, tərəzi sizi ağır göstərəcəkdir və bu vəziyyət çox vaxt insana neqativ təsir verməkdədir. Ona görədə özünüzü ruhdan salmamaq üçün tərəzidən uzaq dayanın.
- Qısacası, ideal kilo, sizə qalmış bir seçimdir! Sizin nə istədiyinizdən asılıdır. İdman və fitness hədəfiniz nə isə ideal kilonuz da, ona görə formalaşır. Ancaq əhəmiyyətli olan ən əsas şey, sağlamlığınızı təhlükə altına atacaq addımlar atmamaqdir. Gündəmdə olan mediatik insanların yada televizordakı modellərin bədən quruluşlarına aldanmaq yerinə, sizi xoşbəxt edən bədən formasının arxasından gedin.
Əziz oxuyucu sizin əlavə etmək istədiyiniz bir şeylər varmı? Yada əldə etdiyiniz nəticələr varsa zəhmət olmazsa aşağıdakı rəy hissəsində bunları qeyd edə bilərsinizmi?