Məhsul Faydaları:
Valeo Chain Weightlifting Belt Zəncirli Ağırlıq Qaldırma Kəməri
45.00 ₼
Uyğundur: Ağır Atletika, Bodibildinq, CrossFit
Material: PU + polyester + polad
Çatdırılma və Ödəniş
- Metrolara pulsuz çatdırılma
- Şəhərdaxili çatdırılma 2 azn, şəhərxarici qiymət məsafəyə görə
- 80 azn və üstü sifariş zamanı ünvana pulsuz çatdırılma
- Qapıda nağd və kartla (karpdan karta) ödəmə İmkanı
- Rayonlara əlavə ödənişlə poçt və taksi vasitəsilə göndərmə
Əmrah –
Yaxşı parlaq materialdan hazırlanmış kimi görünür və zəncir materialı qalındır, rahat işlətmək olur. Maksimum 10 kq a qədər qaldıra bilirəm deyə o qədər ağırlıq taxıram. Onusuzda 10 kq-nı belə zornan edirəm lakin bilmirəm maksimum neçə kq a qədər taxmaq olar. Amma işimi görür. Hələ dediyim vaxtda çatdırılma etdilər. Çatdırılmadan razı qaldım🙌.
Fərman –
Turnik vurmaq artıq çox asan olur deyə bu kəməri aldım. Çəki əlavə etmək, çətinliyini və nəticələrini əhəmiyyətli dərəcədə artırmaq üçün asan bir yoldur. Ən birinci 5 kq ilə başladım biraz çətinləşdi. 10 kq taxanda isə gözlədiyimdən də çətin olmağa başladı.15 turnik vura bilirdimsə artıq 7-8 turnik zornan vurdum.
Kəmər yaxşıdır rahatdır lakin o qədərdə qalın və 25-30 kq a qədər taxıb işlətməli deyil. Qiymtinə görə normaldır hardasa 10-15 kq götürər məncə. Amma heç istifadə etməmisinizsə youtube dan necə bağlanır videosuna baxın mən düz bağlamadım deyə ayaq arasına girirdi yada əynimdən düşürdü.
Qısaca təcrübəm belə oldu əgər turnik etməyi çətinləşdirmək istəyirsinizsə məncə işinizi görəcək. Başqa hansısa hərəkət edəcəksinizsə ” Chain Weightlifting Belt Workout” yazın görün camaat bu kəmərlə nələr nələr edir. Mənim hələki işimi görür amma 25-30 kq ağırlıq taxmaq lazım olarsa daha qalın bir kəmər lazımdır məncə.
Məhəmməd –
Mən bu kəməri turnik və brus etmək üçün almışam və bu günə qədər ki istifadə təcrübəm əladır. Çox rahat, parçası yumşaq, gözlədiyimdən daha dözümlü oldu. Zəncir qalındır və qiymətə görə heç də ucuz görünmür. Təbii ki, yaxşı olsada əvvəl ki rəyə qatılıram 10-15 kq məncədə kifayətdir bu kəməri üçün məndə daha çoxunu etməyə çəkindim amma 10-15 gözə az görünməsin onu etmək belə ilk başda çox çətindir. Kəməri düzgün bağlasanız bədəninizi yaxşı tutacaq və saxlayacaq. İndi təkrar sayını artırım deyə az çəki ilə işlədirəm (5-10 Kq) və işimi görür. Əgər turnik və paralel qol etməyi çətinləşdirmək növbəti səviyyəyə qaldırmaq istəyirsinizsə, ilk başlanğıc üçün bu kəməri tövsiyə edirəm.