Sweat Sauna Tərlədici Eşofman Dəsti

52.00 

Sweat Sauna Tərlədici Eşofman Dəsti

(16 Ədəd Müştəri Rəyi)

Bədən Seçimi:

45-55 Kq : Small (S)

55 – 75 Kq : Medium (M)

75 – 90 Kq : Large (L)

90 – 110 Kq : XLarge (XL)

110 – 130 Kq : XXLarge (2XL)

130 – 140 Kq : XXXLarge (3XL)

  • Metrolara pulsuz çatdırılma
  • Şəhərdaxili çatdırılma 2 azn, şəhərxarici qiymət məsafəyə görə
  • 80 azn və üstü sifariş zamanı ünvana pulsuz çatdırılma
  • Qapıda nağd və kartla (karpdan karta) ödəmə İmkanı
  • Rayonlara əlavə ödənişlə poçt və taksi vasitəsilə göndərmə

52.00 

  • Metrolara pulsuz çatdırılma
  • Şəhərdaxili çatdırılma 2 azn, şəhərxarici qiymət məsafəyə görə
  • 80 azn və üstü sifariş zamanı ünvana pulsuz çatdırılma
  • Qapıda nağd və kartla (karpdan karta) ödəmə İmkanı
  • Rayonlara əlavə ödənişlə poçt və taksi vasitəsilə göndərmə
Açıqlama

Nə Əldə Edirsiniz?

Məhsul Faydaları

Məşq zamanı və yaxud qaçarkən (kardio edərəkən) daha çox tər tökərək daha çox yağ yandırmağınıza kömək edəcək arıqladıcı geyim sweat sauna. Bu məhsul vasitəsilə bədəninizdəki istilik tempraturu hər zaman özünü qoruyaraq daha çox tər tökməyinizə kömək edir.

Gündəlik hərəkət edərkən yada məşq zamanı daha çox tərləmək və daha çox kalori yandırmaq istəyirsiniz? Özünüzü daha yüngül və sağlam hiss etmək istəyirsiniz? Cavabınız hə dirsə o vaxt sizə sauna kostyumu lazımdır!

Sauna kostyumu bədən istiliyini saxlayan və daha çox tərləməyinizi xüsusi geyimdir. Bu, yeridiyiniz yerdə bədəninizin isti bir məkanda olması kimidir. Paltarınızın üstünə belə geyinib yüngül gəzintidən tutmuş qaçmağa, trenajor zalda ağırlıq qaldırmağa kimi istənilən idman növündə istifadə edə bilərsiniz.

Sauna kostyumu daha sürətli arıqlamağa, dərinizi qorumağa, metabolizmin sürətlənməsinə və immunitet sisteminizi gücləndirməyə kömək edə bilər. O, həmçinin stressi azalda, əzələ ağrısını aradan qaldıra və enerji səviyyənizi artıra bilər. Hər istifadə sonunda belə daha sağlam və yüngül hiss etməyinizə özünüz şahid olacaqsınız.

Məhsul Haqqında

Sweat Sauna arıqladıcı geyim adından da, göründüyü kimi tər tökərək arıqlamağınıza kömək edir.

İllərdir minlərlə insanın istifadə etdiyi və ətrafındakı insanlara tövsiyə etdiyi tər sauna idman kostyumu, Türkiyədə 1-ci keyfiyyətli parça və türk işi ilə istehsal olunur.

Sweat Sauna İdman kostyumu cırılmır və daralmır. İllər boyu rahat istifadə edə biləcəyiniz bir məhsuldur.

Kişilər və qadınlar tərəfindən asanlıqla istifadə edilə bilən Sweat Sauna idman kostyumu ilə tər tökərək formunuzu saxlaya bilərsiniz.

İdman kostyumu tərləmə üsulu ilə bədəndəki toksinləri xaric etməyə imkan verir, dəri məsamələrini açır və bədəninizin daha rahat nəfəs almasına şərait yaradır.

Arıqladıcı geyimi istədiyiniz yerdə istədiyiniz vaxt istifadə etmək qərarı sizə aiddir.

Qaçarkən, gəzərkən, istirahət edərkən, işləyərkən, hətta ev işləri ilə məşğul olarkən geyə biləcəyiniz rahat bir məhsuldur.

Xaricdən gətirilən materialdan hazırlanmış tərli sauna idman kostyumu cırılmır, büzülmür, solmur, davamlı və uzun ömürlüdür.

Bədəninizdəki istiliyi itirmədən və bədəninizə zərər vermədən tərləməyinizə imkan verərək formunuzu saxlamağınıza imkan verir.

İstifadə Qaydası

İdman kostyumundan istənilən vaxt, gecə və gündüz istifadə edə bilərsiniz.

Sessiyaların ilk günlərində bir və ya iki saat istifadə etmək idealdır. Təcrübənizə görə uzada və ya qısalda bilərsiniz.

Yeməkdən ən azı bir saat sonra istifadə etmək məsləhətdir. Səmərəlilik üçün yeməkdən əvvəl və ya sonra istifadə etmək vacibdir. Tərləmə zamanı zamokunuzu açmayın və tərinizi soyutmayın.

İdman kostyumunu komanda (digər bir insanla) şəklində istifadə etmək mütəmadi olaraq arıqlamağa imkan verir. Sweat Sauna idman kostyumu ilə yatmağın ziyanı yoxdur.

Sweat Sauna idman kostyumunu paltaryuyan maşında, yuyucu vasitə və su ilə yumayın. Tər qoxusunu aradan qaldırmaq üçün isti su ilə yuyub qurutmaq kifayətdir.

Mütəmadi olaraq arıqlamaq istəyirsinizsə xahiş edirik bu tövsiyələrə əməl edin. Əks təqdirdə, kilo itkisi müddəti uzadıla bilər.

Sweat Sauna idman paltarından gündə orta hesabla 60-90 dəqiqə istifadə etməyinizi məsləhət görürük.

Məhsul Linki:

Əlavə məlumat
Bədən

S, M, L, XL, XXL, XXXL

Rəylər (16)

Sweat Sauna Tərlədici Eşofman Dəsti üçün 16 rəy mövcuddur

  1. İlhamə

    Əla. Qiymətidə munasibdir bir çox yerdən. 165 boy 70 kilo L razmer aldım M də olar ama sıxmasın deyə həmdə bir az boş olar deyə fikirləşdim. Məhsulu nazik gözləyirdim ancaq istədiyimdən daha qalın çıxdı. Çatdırılma tez oldu, məhsul gözəldi, mənim üçün mükəmməl alış-veriş oldu. İnanılmaz dərəcədə yaxşı tərlədir. Yarım saat yol getdim. Şalvarda yarım kilo tər yığıldı. Çox məmnunam.

  2. Nigar

    Çox xoşuma gəldi, gözlədiyimdən daha yaxşı tərlədir.

  3. Günay

    Məhsul sürətli şəkildə çatdı və gözlədiyimdən də gözəl çıxdı, anama 2xl aldım rahat oldu. Ölçünüzü bilirsinizsə ona uyğun ölçüdə ala bilərsiniz.

  4. Pərviz

    Məhsul həqiqətən tərlidir. Su içində olursan. Yeganə problem odur ki, çox xışıltı verir.

  5. Əliağa

    Məhsul çox keyfiyyetlidir 2XL (173 sm boy 115 kq çəki) almışdım. Sonra arıqladım, ona görə L razmer aldım biraz sıxdı ancaq tez arıqlayacam deyə problem deyil.

  6. Dilarə

    Yoldaşıma ad günü hədiyyəsi kimi aldım çox bəyəndi , hər səhər geyinib həyətə gəzməyə düşür. Çatdırılmada çox sürətli oldu, heç belə gözləmirdim. Təcili lazmıdır dedim 1-2 saata çatdırıldı. Çox razı qaldım tövsiyyə edirəm.

  7. Nicat

    Çatdırılma tez oldu, məhsul çox yaxşıdır, tövsiyə edirəm, normalda asanlıqla tərləməyən biriyəm, bu məhsul sayəsində tər su içində qalıram.

  8. Elgiz

    Çox keyfiyyətli məhsuldur çox bəyəndim parça çox rahatdi çox rahat tərlədir. Tövsiyyə edirəm

  9. Abbas

    Məhsul tam göründüyü kimidir, çox bəyəndim, təşəkkür edirəm

  10. Asəf

    Sınamaq üçün evdə 30 dəqiqə idman etdim, rahatlıqla deyə bilərəm çox yaxşı tərlədir. Qısa zamanda çox su itirdim 🙂 İdman etmək üçün çölə çıxanda necə olacağını təsəvvür belə edə bilmirəm. Bundan başqa sürətli çatdırılma edildi. İdmanla məşğul olan dostlarıma sınamaları üçün bundan birini hədiyyə olalraq alacam 🙂

  11. Adaş

    Çəki 130 Kq Boy 183 3XL razmer tam əynimə oldu. Çox yaxşı tərlədir. Boyum hündürdü deyə sadəcə biraz aralı qalır ancaq, problem yaratmır rahat işlədirəm. Tövsiyyə edirəm.

  12. Azər

    Çox yaxşı və səbirli danışıb məlumat verdilər. Bir tək çəki və boyu soruşub tam uyğun razmeri dedilər. Həzi aslanova gətirdilər, kurtkasını geyinib yoxladım tam əynimə oldu. Dəhşət tərlədir.

  13. Həcər

    Hər yerə geyinirəm, çox yaxşı tərlədir. Evdə çöldə hələ gəzirəm, yaxşıdı. İstiliyi içəridə saxlayır, buraxmır. Çox yaxşıdı

  14. Akif

    Çox yaxşıdı eşofmandı. Tam razmerimə uyğun gətirdilər. Gətirən vaxt kurtkasını geyindim tam əynimə oldu. Dəhşət tərlədir. Hava soyuqdu, lüək var ama yenə tər su içində qaldırdım. Tək bir şey var şalvarı biraz boldu, dərzidə onu düzəltdirim, həll oldu. Qalan hər şey yaxşıdı.

  15. Samir

    Əvvəllərdə belə eşofmanım var idi, arıqlamaq üçün həmişə geyinib çölə çıxırdım, dəhşət tər su içində qalırdım. 2-3 il işlədəndən sonra istər istəməz köhnəldi. Sonra reklamda gördüm, tez sifariş verdim, çox tez çatdırdılar. Kilomu, boyumu dedim, tam razmerimə uyğun olanı gətirdilə. Keyfiyyəti yaxşıdır, əvvəlki eşofmanım kimidi. Bununda rahat 2-3 il işlədəcəm.

  16. Malik

    Əladır, xidmətdə çatdırılma da çox yaxşı idi vaxt da çatdı. Boy 170sm Çəki 108 kq. XL tam kip oturacaqda rahat olsun istədim 2XL verdim boş oldu istədiyim kimi. Xl olsa idi çox kip olacaqdı.

Fikrinizi bölüşün

Çox Vaxt Bir Yerdə Alınır…

-13%
19.00 39.00 
12.00 40.00 
-11%
17.00 
27.00 
-13%
14.00 
WhatsApp
Əlaqə
Sifariş və yaxud Məlumat Almaq Üçün